veten informasiya agentliyi

Ana dil və ya rəsmi dil deyil: Avropanın ən çox danışılan ikinci dili məlum oldu

Tarix:1-12-2025, 10:41
Baxış Sayı:92

 Ana dil və ya rəsmi dil deyil: Avropanın ən çox danışılan ikinci dili məlum oldu

48 ölkədən ibarət Avropada 200-dən çox dil mövcuddur. Lakin maraqlıdır ki, heç bir ölkədə nə ana dil, nə də rəsmi dil statusuna malik olmayan bir dil qitənin böyük hissəsində "ən çox danışılan ikinci dil" kimi önə çıxıb.




Avropanın 48 ölkəsindən 21-də rəsmi dildən sonra ən geniş yayılmış ikinci dil ingilis dilidir.




İngilis dilinin ən çox istifadə olunduğu ölkələr:




Hollandiya - 93%




Danimarka - 86%




İsveç - 89%




Almaniya - 56%




Finlandiya - 70%




Kipr - 79%




Avstriya - 73%




İslandiya - 98%




Heç bir ölkənin ana dili olmamasına baxmayaraq, ingilis dili artıq Avropada faktiki olaraq ümumi ünsiyyət dili funksiyasını daşıyır.




Digər ölkələrdə ikinci dil hansı dildir?




Bütün Avropa ölkələri ingilis dilini ikinci dil kimi qəbul etmir. Tarixi əlaqələr, etnik tərkib və coğrafi yaxınlıq bəzi ölkələrdə fərqli dillərin önə çıxmasına səbəb olur:




Fransa: Ərəb dili (49%)




Estoniya və Litva: Rus dili




İrlandiya: Fransız dili (20%)




Bolqarıstan: Türk dili (9%)




İspaniya: Katalan dili (22%)




Sloveniya: Xorvat dili




Rumıniya və Slovakiya: Macar dili




Ümumilikdə 15 fərqli dil Avropa ölkələrində "ikinci ən çox danışılan dil" kimi qeydə alınıb.




Niyə məhz ingilis dili?




İngilis dilinin Avropada ikinci dil kimi zirvədə olmasının əsas səbəbləri bunlardır:
Məktəblərdə ilk xarici dil kimi tədris edilməsi
Biznes mühitində ümumi iş dili olması
Turizm və rəqəmsal platformalarda əsas ünsiyyət dili kimi qəbul edilməsi
Gənclər arasında geniş şəkildə öyrənilməsi
İnternet, media və akademik sahələrdə dominant dil olması




Bu səbəblərə görə ingilis dili bu gün Avropanın de-fakto ortaq dilinə çevrilib.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu