veten informasiya agentliyi

İki azərbaycanlı jurnalist bu tarixdə İrəvanda olub: Ermənilər indi xəbər tutublar

Tarix:22-11-2025, 11:00
Baxış Sayı:103

 İki azərbaycanlı jurnalist bu tarixdə İrəvanda olub: Ermənilər indi xəbər tutublar

4-6 noyabr tarixlərində İrəvanda İctimaiyyətlə Əlaqələr və İnformasiya üzrə Dövlət Qeyri-Kommersiya Təşkilatının (SNPO) “Orbeli” Analitik Mərkəzinin təşkil etdiyi “Orbeli Forum 2025”-də təkcə türkiyəli deyil, azərbaycanlı jurnalistlər də iştirak edib.

Bu barədə “Hraparak” nəşri yazıb. “Dəvət Ermənistan Respublikasının Baş Naziri Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Mərkəzi tərəfindən göndərilib. Jurnalistlər Azərbaycanın dövlət agentliyi “Azərtac”ın əməkdaşları olub. Onların Ermənistanda qalma xərclərini dəvət edən tərəf, Ermənistan hökuməti qarşılayıb. Oteldə ciddi təhlükəsizlik tədbirləri görülüb. Onlar gəlməmişdən əvvəl bütün binalar hərtərəfli araşdırılıb və təhlükəsizlik işçiləri üç gün qaldıqları müddətdə daim onların otaqlarının qapısında yerləşiblər.

“Orbeli Forumu” zamanı azərbaycanlı jurnalistlərlə əlaqələrə cavabdeh olan David Sarkisyan bizimlə söhbətində bu məlumatı təsdiqləyərək, jurnalistlər qrupunun iki nəfərdən ibarət olduğunu qeyd etdi.

“Onlar üç gün İrəvandakı “Marriott” otelində qaldılar”, - Sarkisyan bildirdi” – nəşrin məqaləsində bildirilir.

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərildi
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərildi
Qazaxıstanda seçkilərdə iştirak faizi açıqlanıb
Qazaxıstanda seçkilərdə iştirak faizi açıqlanıb
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət
“Netflix” və “eBay” Azərbaycanda vergi ödəyəcək - Qayda dəyişdi
“Netflix” və “eBay” Azərbaycanda vergi ödəyəcək - Qayda dəyişdi
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı
Ağdaşda kişi arvadını və oğlunu bıçaqladı
Ağdaşda kişi arvadını və oğlunu bıçaqladı
Xırdalanda avtomobil yandı
Xırdalanda avtomobil yandı
Bərdədə piyadanı maşın vurub öldürdü
Bərdədə piyadanı maşın vurub öldürdü