veten informasiya agentliyi

Ərazi, kilsə, rus dili və silah... - Ukraynada “sülh planı”nın sensasion detalları

Tarix:20-11-2025, 11:13
Baxış Sayı:74

Ərazi, kilsə, rus dili və silah... - Ukraynada “sülh planı”nın sensasion detalları


ABŞ-ın Ukrayna müharibəsinin bitməsi üçün çərçivə sazişi hazırladığı haqda yayılan məlumatlar fonunda “sülh planı”nın detalları mediaya sızıb.

Qərb mediasının mənbələrə istinadən yaydığı məlumatlarda Ukraynanın güzəştləri xüsusi yer tutur.

“Röyters” agentliyi yazır ki, ABŞ-ın hazırladığı çərçivə sazişində Ukraynanın ərazidən və bəzi silahlardan imtinası nəzərdə tutulur.

“Məsələ ilə tanış olan iki yüksək səviyyəli mənbə bildirir ki, Donald Tramp bununla bağlı Ukrayna prezidentinə siqnal göndərib. Adının açıqlanmasını istəməyən mənbələr bildiriblər ki, təkliflər arasında Ukrayna ordusunun sayının azaldılması da var. Vaşinqton Kiyevdən sazişin əsas məqamlarını qəbul etməsini istəyir. Bu plan Ukraynanın şərqində Rusiyanın ərazi qazancı əldə etməsi fonunda Kiyev üçün böyük uğursuzluq olacaq. Ağ Ev məsələ ilə bağlı şərh verməkdən imtina edib”, - agentlik yazır.

“Financial Times” nəşri də yazır ki, Rusiya və ABŞ tərəfindən hazırlanan radikal təklifdə Ukraynadan əhəmiyyətli güzəştlər tələb olunur.

Planla tanış olan mənbələrin məlumatları detalları aydınlaşdırmağa imkan verir. Ukraynadan nələr tələb olunur?

- Donbasın qalan hissəsindən (Rusiyanın nəzarətində olmayan ərazilər) imtina etməlidir;
- Silahlı Qüvvələrin sayını azaltmalıdır;
- Əsas silahlardan imtina etməlidir;
- ABŞ-ın hərbi yardımı azaldılacaq;
- Kiyev rus dilini rəsmi dövlət dili kimi tanımalıdır;
- Rus Pravoslav Kilsəsinə rəsmi status verilməlidir;

Ukrayna Rusiyanın maraqlarına uyğun olan planı qəbul etmək istəmir. Lakin Qərb mediası rəsmi Kiyevin ciddi təzyiq altında olduğunu yazır. Yüksək rütbəli amerikalı hərbçilərin Kiyevə səfərinin əsas məqsədi də müharibəni bitirmək və 28 bəndlik “sülh planı”nı qəbul etdirməkdir.[u][/u]

Bayramov Zəngəzur dəhlizi ilə bağlı son vəziyyəti açıqladı
Bayramov Zəngəzur dəhlizi ilə bağlı son vəziyyəti açıqladı
Əlillik təyinatı ilə bağlı yeni rəqəmlər açıqlandı
Əlillik təyinatı ilə bağlı yeni rəqəmlər açıqlandı
Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər
Ali Məhkəmə: Qonşunu izləyən kamera qanunsuz sayıla bilər
Rusiyadakı azərbaycanlılara bəd xəbər - Bundan sonra...
Rusiyadakı azərbaycanlılara bəd xəbər - Bundan sonra...
“GPT-5.6” süni intellekt modeli bu gün ümumi istifadəyə verilir
“GPT-5.6” süni intellekt modeli bu gün ümumi istifadəyə verilir
Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılmasından 107 il ötür
Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılmasından 107 il ötür
Rusiya Paşinyanın qarşısında yalnız bir şərt qoyub: Zəngəzur dəhlizindən imtina et
Rusiya Paşinyanın qarşısında yalnız bir şərt qoyub: Zəngəzur dəhlizindən imtina et
Lənkəran və Yevlaxda əməliyyat: 3 nəfər saxlanıldı
Lənkəran və Yevlaxda əməliyyat: 3 nəfər saxlanıldı