veten informasiya agentliyi

"Bəzi ölkələr kosmosda müharibəyə hazırlıq görür" - Polkovnik

Tarix:15-11-2025, 10:57
Baxış Sayı:108

 "Bəzi ölkələr kosmosda müharibəyə hazırlıq görür" - Polkovnik

Fransa Prezidenti Emmanuel Makron 2030-cu ilədək hərbi kosmik fəaliyyətlərə 4.2 milyard avro ayıracağını açıqlayıb. O bildirib ki, müasir münaqişələr artıq kosmosda baş verir və növbəti genişmiqyaslı müharibələr də məhz oradan başlaya bilər. Makron Rusiyanın Fransa peyklərini izlədiyini və kosmik infrastrukturuna kiberhücum planlaşdırdığını iddia edib. Fransa həmçinin Almaniya ilə birlikdə “Avrora” radar sistemi üzrə əməkdaşlığa başlayır.

Bəs kosmos üzərindən genişmiqyaslı müharibə başlaya bilərmi?

Hərbi ekspert, polkovnik Üzeyir Cəfərovaçıqlamasında bildirdi ki, Makronun 2030-cu ilədək hərbi kosmik fəaliyyətlərə əhəmiyyətli miqdarda vəsait ayıracağı barədə məlumat diqqət çəkir:

"Bu günlərdə nə Birləşmiş Millətlər Təşkilatı, nə də nüvə silahına malik olan aparıcı ölkələr hərbi xərcləri azaltmağı düşünmürlər, əksinə onları daha da artırmağa davam edirlər. Bu vəziyyət müharibənin quruda, suda və kosmosda aparılması ilə bağlı müəyyən narahatlıqlar doğurur. Bəzi ölkələr artıq yerdəki problemləri həll edərək kosmosla maraqlanmağa başlayıblar. Böyük güclərin, o cümlədən Rusiyanın, Amerikanın və Fransanın bu sahədə fəaliyyətləri diqqət çəkir. Hazırda Fransa Almaniya ilə birlikdə "Avrora" radar sistemi üzərində əməkdaşlıq edir. Kosmosda geniş miqyaslı müharibə ehtimalını düşünməsək də, kəşfiyyat xarakterli fəaliyyətlərin artacağı ehtimalı mövcuddur".

Ekspert qeyd etdi ki, Makronun nüfuzu siyasi baxımdan aşağı düşdüyü üçün, belə bir siyasət onun reytinqini yüksəltmək məqsədini daşıya bilər.

"Bu gün dünyada insanlar aclıqdan və susuzluqdan əziyyət çəkərkən, bəzi ölkələr kosmosda müharibəyə hazırlıq görür. BMT Təhlükəsizlik Şurası, xüsusilə də daimi üzvlərdən biri olan Fransa bu istiqamətdə müvafiq tədbirlər görməli və bu prosesin qarşısını almalıdır. Bu gün dünya kosmosda kiber hücumlar və kəşfiyyat fəaliyyəti ilə bağlı böyük vəsaitlər ayırmağa davam edir. 2026-cı il yaxınlaşır, amma yaxın illərdə bir neçə ölkənin, xüsusilə Fransa və Almaniyanın bu sahədəki fəaliyyəti genişlənəcək. Bu, digər ölkələrin də oxşar addımlar atmasına səbəb ola bilər", - deyə Üzeyir Cəfərov yekunlaşdırdı.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu