veten informasiya agentliyi

Zəfər Günü – Birliyin, Gücün və Dirçəlişin Rəmzi

Tarix:5-11-2025, 16:34
Baxış Sayı:207

Zəfər Günü – Birliyin, Gücün və Dirçəlişin Rəmzi


Azərbaycanın İkinci Qarabağ – 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə təkcə bir hərbi nailiyyət deyil, həm də yüzilliklər boyu xalqımızın azadlıq, ədalət və milli ləyaqət uğrunda apardığı mübarizənin parlaq nəticəsidir. Uzun illərdən bəri Ermənistanın işğalı altında olan doğma torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpası xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən şərəfli səhifəsidir. Bu Qələbə həm də bölgəmizdə yeni reallıqların, sülh və ədalət əsasında qurulacaq gələcəyin bünövrəsini qoydu.

44 günlük müharibə xalqımızın iradəsinin, milli birliyinin və Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin müdrik, qətiyyətli siyasətinin təntənəsi oldu. Bu Qələbə sübut etdi ki, Azərbaycan xalqı öz torpağını, azadlığını və dövlətini qorumağa hər an hazırdır. Bu Zəfərlə biz təkcə işğal altındakı ərazilərimizi azad etmədik, həm də düşmənin illərlə dünyaya sırımağa çalışdığı saxta mifləri, yalan təbliğatı darmadağın etdik.

Elə bu səbəbdən də Prezident İlham Əliyevin Sərəncamı ilə 20 sentyabr tarixi – Dövlət Suverenliyi Günü kimi təsbit edildi. Bu tarix Azərbaycanın ərazi bütövlüyünü və dövlət müstəqilliyini tam bərpa etdiyi, bütün sərhədlərində suveren hakimiyyətini təmin etdiyi gün kimi tarixə düşdü. Dövlət Suverenliyi Günü Zəfər Gününün təntənəsi ilə səsləşir və bir-birini tamamlayan milli qürur bayramları kimi xalqımızın birliyini, dövlətimizin əzəmətini simvolizə edir. 44 günlük Vətən müharibəsindən 19–20 sentyabr antiterror əməliyyatlarına qədər keçən yol Azərbaycan xalqının qüdrətinin, milli ruhunun və müstəqil dövlətçilik iradəsinin parlaq təcəssümüdür. Bu Zəfərlər Azərbaycanı qalib dövlət, xalqımızı isə qalib millət kimi tarixə həkk etdi. Tarixi Zəfər Günü, Dövlət Suverenliyi Günü – bunlar artıq xalqımızın milli fəxarət salnaməsinin ayrılmaz hissələridir.

Hər iki tarix bizə bir daha xatırladır ki, bu Vətən uğrunda canından keçən qəhrəmanların, dövlətinə inanan, ordusuna güvənən, liderinə sadiq olan xalqın qarşısında heç bir qüvvə dayana bilməz.


Əhmədov Mustafa Məhəmməd oğlu
8 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor əvəzi

Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
Bakıda ilk kazinonun açılacağı tarix elan edildi
Bakıda ilk kazinonun açılacağı tarix elan edildi
Rusiya bazarında Azərbaycan möhürü - Moskva buna sərvət xərcləyir
Rusiya bazarında Azərbaycan möhürü - Moskva buna sərvət xərcləyir
KXDR-də dünyanın ən güclü silahlı qüvvələri yaradılacaq - Kim Çen In tapşırıq verdi
KXDR-də dünyanın ən güclü silahlı qüvvələri yaradılacaq - Kim Çen In tapşırıq verdi
Avtobus və metroda gedişhaqqı dəyişə bilər - Sərnişinlərə şad xəbər
Avtobus və metroda gedişhaqqı dəyişə bilər - Sərnişinlərə şad xəbər
ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər