veten informasiya agentliyi

COVID-19 dövründə doğulan uşaqların bu xəstəliklərə yoluxma riski yüksəkdir - ARAŞDIRMA

Tarix:2-11-2025, 12:39
Baxış Sayı:90

 COVID-19 dövründə doğulan uşaqların bu xəstəliklərə yoluxma riski yüksəkdir - ARAŞDIRMA

Alimlər COVID-19 pandemiyası dövründə doğulan uşaqlarda beyinlə əlaqəli hansı xəstəliklərin baş verdiyini aşkar ediblər.

Amerikalı alimlər hamiləlik dövründə anaları COVID-19-a yoluxan uşaqların autizm də daxil olmaqla neyropsixiatrik xəstəliklərə tutulma riskinin daha yüksək olduğunu aşkar ediblər.

Araşdırma zamanı məlum olub ki, üç yaşına çatanda bu uşaqların 2,7 faizinə autizm spektr pozğunluğu diaqnozu qoyulub, nəzarət qrupundakı yaşıdları arasında isə bu rəqəm yalnız 1,1 faiz olub. Alimlər 2020-ci ilin martından 2021-ci ilin mayına qədər ştatda doğulan 18.000 hamilə qadın və onların uşaqlarının tibbi məlumatlarını təhlil ediblər.

Laboratoriya tərəfindən təsdiqlənmiş COVID-19 861 hamilə qadında aşkar edilib və üç yaşına çatana qədər bu qrupdakı demək olar ki, hər altıncı uşaqdan birinə (16,7 faiz) neyropsixiatrik xəstəliklərlə əlaqəli diaqnoz qoyulub.

Qalan qrupda bu cür pozğunluqların rastgəlmə tezliyi 9,7 faiz təşkil edib. Digər potensial risk faktorlarını nəzərə aldıqdan sonra araşdırmaçılar müəyyən edib ki, uşaqlıqdaxili COVID-19 infeksiyası neyropsixiatrik pozğunluqların ehtimalını 30 faiz artırır. Fərq autizm spektri pozğunluqları üçün daha da əhəmiyyətli olub - uşaqlıqdaxili infeksiyaya məruz qalan uşaqlarda bu göstərici 2,7 faiz, yaşıdlarında isə 1,1 faiz olub.

Ən böyük təsir hamiləliyin üçüncü trimestrində, beyin qabığı inkişaf edərkən infeksiya baş verdikdə müşahidə olunub. Bundan əlavə, alimlər oğlanların qızlara nisbətən daha həssas olduqlarını qeyd ediblər.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu