veten informasiya agentliyi

İrəvanda görüş: Ermənistana gedən azərbaycanlılar nədən danışıb?

Tarix:23-10-2025, 11:11
Baxış Sayı:111

İrəvanda görüş: Ermənistana gedən azərbaycanlılar nədən danışıb?

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanda səfərdə olan Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.

Görüşdə Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri də iştirak edib.

Qriqoryan sülh prosesinin inkişafı üçün vətəndaş cəmiyyəti institutları arasında belə görüşlərin keçirilməsinin vacibliyini bildirib. Vaşinqton razılaşmaları və onun icrası istiqamətində atılan addımlar müzakirə olunub. Daha sonra Qriqoryan iştirakçıların suallarını cavablandırıb.

21-22 oktyabr tarixində erməni və azərbaycanlı ekspertlərin İrəvanda dəyirmi masası keçirilib.

Dəyirmi masada Azərbaycanı Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İsgəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva, Ermənistanı isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil edib.

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərildi
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərildi
Qazaxıstanda seçkilərdə iştirak faizi açıqlanıb
Qazaxıstanda seçkilərdə iştirak faizi açıqlanıb
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət
Xalq artisti Şükufə Yusupova ilə bağlı son vəziyyət
“Netflix” və “eBay” Azərbaycanda vergi ödəyəcək - Qayda dəyişdi
“Netflix” və “eBay” Azərbaycanda vergi ödəyəcək - Qayda dəyişdi
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı
İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı
Ağdaşda kişi arvadını və oğlunu bıçaqladı
Ağdaşda kişi arvadını və oğlunu bıçaqladı
Xırdalanda avtomobil yandı
Xırdalanda avtomobil yandı
Bərdədə piyadanı maşın vurub öldürdü
Bərdədə piyadanı maşın vurub öldürdü