veten informasiya agentliyi

Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Tarix:18-10-2025, 11:21
Baxış Sayı:120

 Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Bu gün Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 34-cü ili tamam olur.




1991-ci il oktyabrın 18-də Ali Sovet "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib.




Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli bəyannaməsinə istinad olunub və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilib.




Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil respublika qurub, 1991-ci ildə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib.




1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq olunub.




Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə "Müstəqillik Günü haqqında" yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.




Qanunun təsdiqlənməsi ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilib.




Qeyd edək ki, Azərbaycanda Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd olunan iş günüdür.

Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
Tehran ağır sınaq qarşısında - BƏƏ ticarət və maliyyə əməliyyatlarını dayandırır
“Apple” 200-dən çox iş yerini ixtisar edir
“Apple” 200-dən çox iş yerini ixtisar edir
Türkiyədə tapılan “imzalı” ox ucları - 9000 illik sirri çözmək olmur
Türkiyədə tapılan “imzalı” ox ucları - 9000 illik sirri çözmək olmur
ABŞ-də yüngül mühərrikli təyyarə qəzaya uğradı
ABŞ-də yüngül mühərrikli təyyarə qəzaya uğradı
Tokioda zəlzələ nəticəsində xəsarət alanların sayı artdı - YENİLƏNDİ
Tokioda zəlzələ nəticəsində xəsarət alanların sayı artdı - YENİLƏNDİ
Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
Bu qidalar prostat xərçəngi riskini 29 faiz artırır
İran həmin sənədi son müzakirə üçün parlamentə göndərdi
İran həmin sənədi son müzakirə üçün parlamentə göndərdi
Bu gün Qazaxıstanda parlament seçkiləri keçiriləcək
Bu gün Qazaxıstanda parlament seçkiləri keçiriləcək