veten informasiya agentliyi

ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ

Tarix:18-10-2025, 11:19
Baxış Sayı:117

 ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ

ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarının Vaşinqtonda yerləşən Səfirlikdə göstərilən konsulluq xidmətlərindən istifadəsini daha da əlçatan etmək məqsədilə konsulluq qəbulu günlərinin sayı artırılıb.




Bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.




Qeyd olunub ki, ABŞ-dəki Azərbaycan vətəndaşları həftənin bazar ertəsi, çərşənbə və cümə günləri yerli vaxtla səhər saat 09:20-dən 12:20-dək ümumvətəndaş pasportunun yenilənməsi, "Qayıdış Şəhadətnaməsi"nin rəsmiləşdirilməsi, konsulluq qeydiyyatı, notariat hərəkətləri, vətəndaşlıq məsələləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və sənədlərin sorğu əsasında alınması üçün səfirliyə müraciət edə bilərlər.




Həmçinin, vətəndaşlar bazar ertəsi, çərşənbə və cümə günləri hazır olan sənədləri saat 16:30-17:30 aralığında diplomatik nümayəndəlikdən təhvil ala bilərlər. Eyni zamanda, vətəndaşlarımızın səfirliklə operativ əlaqə yarada bilməsi üçün əlavə olaraq mobil telefon xətti yaradılıb: +1(202)556-9391; Konsulluq bölməsinin elektron poçt ünvanı: consul@azembassy.us.




Bundan başqa, səfirliyin məlumatına görə, bu ilin 1 noyabr tarixində Nyu-York və yaxın ətraf ərazilərdə yaşayan həmvətənlilərimiz üçün səyyar konsulluq xidməti həyata keçiriləcək.




Bildirilib ki, Bruklində baş tutacaq həmin səyyar konsulluq xidmətlərindən faydalanmaq istəyən vətəndaşlardan aşağıda qeyd olunan keçid vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.




Əlavə edilib ki, səyyar konsulluq zamanı müraciət üçün zəruri olan sənədlərlə bağlı ətraflı məlumatı səfirliyin internet səhifəsində yerləşdirilib.




Vurğulanıb ki, ABŞ-nin digər ştatlarında yaşayan vətəndaşlarımızın konsulluq xidmətlərindən mümkün istifadəsini daha əlçatan etmək məqsədilə səfirlik tərəfindən ilin sonuna kimi Çikaqo (İllinoys, 9 noyabr), Filadelfiya (Pensilvaniya, 11 noyabr) və Hyustonda (Texas, 27 dekabr) da səyyar konsulluq xidmətləri həyata keçiriləcək.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu