veten informasiya agentliyi

Yaponlar hər gün bunu etdikləri üçün çox ağıllıdırlar

Tarix:18-10-2025, 11:11
Baxış Sayı:112

Yaponlar hər gün bunu etdikləri üçün çox ağıllıdırlar 

Texnologiya və innovasiya ilə tanınan Yaponiya, eyni zamanda zehni intizam və həyat fəlsəfəsi ilə də dünyaya ilham verir. Yaponların gündəlik həyatına daxil olmuş bəzi sadə, lakin təsirli vərdişlər həm zəkaya, həm də diqqət gücünə müsbət təsir göstərir.

Yapon mədəniyyətində yayılan bəzi rutinlər beyni daha açıq, öyrənməyə hazır və dözümlü edir. Yaponların zehni gücünü artıran üç əsas vərdiş:

Hər gün kiçik bir addım atmaq

Yapon mədəniyyətinin əsas prinsiplərindən olan Kaizen, "mütəmadi kiçik təkmilləşdirmələr" mənasını verir. Böyük hədəflərə birdən-birə çatmaq əvəzinə, hər gün kiçik addımlar atmağa təşviq edir.

Məsələn: hər gün 10 dəqiqə yeni bir şey öyrənmək, kiçik bir bacarığı inkişaf etdirmək, vərdişləri 1% təkmilləşdirmək. Bu üsul beynin öyrənməyə açıq qalmasını təmin edir və zehni çevikliyi artırır. Uzmanlar deyir ki, bu kiçik addımlar uzun müddətdə zehni dözümlülüyü gücləndirir.

Balanslı qidalanma və zehni aydınlıq

Yaponiyanın Okinava bölgəsindən gələn bu yanaşma, aclıq hissi 80%-ə çatdıqda yeməyi dayandırmağı tövsiyə edir. Məqsəd həzm sistemini yormadan enerjini balansda saxlamaqdır.

Yavaş və şüurlu yemək vərdişi qan şəkərini stabilləşdirərək zehni aydınlığı artırır. Nəticədə gün ərzində diqqət dağılması, enerji düşüşü və ya diqqət çatışmazlığı daha az yaşanır.

Zehni sadələşdirmək

Yapon mədəniyyətində təmizlik və nizam yalnız gigiyena deyil, eyni zamanda zehni sükunətin bir hissəsi kimi qəbul edilir. Evin və ya iş yerinin sadələşdirilməsi zehni lazımsız stimullardan təmizləyir.

Hər gün 5-10 dəqiqəlik sadə toplama rutini diqqəti gücləndirir, stresi azaldır və yeni fikirlər üçün zehni sahə açır. Bu vərdiş, Yaponların "ichigo ichie" - yəni "hər an yeganədir" anlayışı ilə birləşdikdə güclü bir şüur və diqqət praktikasına çevrilir.

Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
Sənədsiz ev problemi necə həll oluna bilər? - Açıqlama
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
BQU-nun tələbələri bu universitetlərə köçürüldü - Siyahı
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Bilet qiymətləri və quru sərhədləri ilə bağlı şad xəbər - Tarix
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Hörmüzün alternativi Xəzər olacaq? - İranın planı
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutuldu