veten informasiya agentliyi

Yol polisindən sürücülərə xəbərdarlıq

Tarix:16-10-2025, 14:06
Baxış Sayı:108

 Yol polisindən sürücülərə xəbərdarlıq

Sükan arxasında mobil telefondan istifadə ən təhlükəli vərdişlərdən biridir. Bu, sadəcə qayda pozuntusu deyil, məsuliyyətsizlik və həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmaq deməkdir.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciətində bildirilib.

"Mobil telefondan istifadə zamanı yaranan əsas təhlükələr:

Diqqətin yayınması: Telefona baxan sürücü yolda baş verənləri vaxtında görə bilmir, piyadaları və digər nəqliyyat vasitələrini nəzərdən qaçırır.

Reaksiyanın gecikməsi: Telefonla məşğul olan sürücünün reaksiyası 2-3 dəfə ləngiyir, bu isə qəfil əyləc və manevr imkanlarını azaldır.

Nəzarətin itməsi: Telefona diqqət yönəldən sürücü hərəkət zolağından çıxır, təhlükəli manevrlər edir və məsafəni düzgün dəyərləndirə bilmir.

Hörmətli sürücülər!

Unutmayın, heç bir zəng və ya mesaj insan həyatından daha önəmli ola bilməz. Sükan arxasında məsuliyyətli davranış təkcə sizi deyil, yolda olan hər bir şəxsi təhlükədən qoruyur", - müraciətdə qeyd edilib.

Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Bakı–Balakən qatarlarının hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
Almaniya Trampa qarşı çıxdı: Haaqa məhkəməsinin müdafiəsinə qalxdı
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
İsrail Cənubi Livandan qoşunlarını çıxarmağa hazırlaşır: Pilot zonalar yaradılacaq
Ermənistan TRIPP layihəsinə alternativ şirkət yaradıb? - Mirzoyan detalları açıqladı
Ermənistan TRIPP layihəsinə alternativ şirkət yaradıb? - Mirzoyan detalları açıqladı
"Bozbash pictures" niyə dağıldı?
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
Naxçıvanda əhalinin sayı artıb
Naxçıvanda əhalinin sayı artıb
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi
İrəvanda narkotiklə saxlanılan azərbaycanlı Vaqif Hüseynovla bağlı məhkəmə hökm verdi