veten informasiya agentliyi

Qarabağ minalarla ciddi şəkildə çirklənib - Beynəlxalq ekspert

Tarix:12-10-2025, 12:27
Baxış Sayı:120

 Qarabağ minalarla ciddi şəkildə çirklənib - Beynəlxalq ekspert

İtkin düşmüş şəxslərin yerlərinin müəyyən edilməsi üzrə ixtisaslaşmışam. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dəvəti ilə Azərbaycana gəlmişəm. Yenidən Qarabağa səfər etməkdən çox məmnunam.




Bu sözləri Zəngilana səfər edən beynəlxalq konfrans iştirakçısı, beynəlxalq insan hüquqları üzrə ekspert Afərin Şahidzadə bildirib.




"Bu mənim Qarabağa dördüncü səfərimdir. Bu bölgədə çoxlu dəyişiklər baş verib. Burada genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, insanlar bu ərazilərə qayıdırlar. Mən birinci dəfə Ağdam şəhərinə səfər edəndə orada heç nə tikilməmişdi. Onu da qeyd etməliyəm ki, həmin ərazilər minalarla ciddi şəkildə çirklənib və onları minalardan təmizləmək üçün uzun vaxt lazımdır. Başqa vacib və müsbət məqam bundan ibarətdir ki, avqustun 8-də Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamə imzalanıb və zənnimcə, itkin düşmüş şəxslər haqqında məlumat mübadiləsinə mühüm töhfə verə bilər", - deyə Afərin Şahidzadə bildirib.




Qeyd edək ki, İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda beynəlxalq konfransın iştirakçıları işğaldan azad olunmuş ərazilərə səfər zamanı Zəngilanda olublar.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir