veten informasiya agentliyi

Sinə xərçənginin az bilinən əlamətləri - Açıqlama

Tarix:9-10-2025, 10:20
Baxış Sayı:93

 Sinə xərçənginin az bilinən əlamətləri - Açıqlama

Onkoloq qadınlarda döş xərçənginin qeyri-adi əlamətlərini açıqlayıb.

Döş xərçənginin az bilinən, lakin vacib əlamətlərindən biri döşün qabıqlanması ola bilər.

Bu barədə "gazeta"ya rusiyalı onkoloq Anna Kim məlumat verib.

Həkimin sözlərinə görə qadınlar döş dərisində baş verən hər bir dəyişikliyə diqqətlə yanaşmalıdırlar.

"Qabıq qoyma, rəngin dəyişməsi, sağalmayan yaralar və ya qızartı, habelə döş giləsinin içəriyə çəkilməsi xərçəngin ilkin əlamətlərindən ola bilər. Əgər qadın hamilə və ya əmizdirmə dövründə deyil, lakin şəffaf, ağ və ya qan qarışıq ifrazatlar gəlirsə, bu da narahatedici simptom sayılır," - deyə həkim bildirib.

Onkoloq qeyd edib ki, döşdə və ya qoltuqaltı nahiyəsində hiss olunan bərkimə də diqqətdən kənarda qalmamalıdır. Belə hallarda şişin limfa düyünlərinə yayılma ehtimalı ola bilər. "Əgər bərklik keçmirsə və ya böyüyürsə, mütləq mamoloqa müraciət olunmalıdır," - deyə o əlavə edib.

Mütəxəssis qadınlara gənc yaşlardan etibarən döşlərini mütəmadi olaraq özlərinin yoxlamasını tövsiyə edib. Onun sözlərinə görə, bunu duş qəbul edərkən və ya güzgü qarşısında etmək kifayətdir. "Əvvəlcə vizual olaraq döşün formasına, dərinin vəziyyətinə, gilənin istiqamətinə diqqət etmək lazımdır. Daha sonra döş və qoltuqaltı nahiyə yumşaq dairəvi hərəkətlərlə yoxlanmalıdır," - deyə Kim əlavə edib.

Anna Kimin sözlərinə görə, döş xərçəngi erkən mərhələdə aşkarlandıqda müalicəyə yaxşı cavab verir. Həkim qadınlara ağrı, bərklik, qabıqlaşma və ya hər hansı dəri dəyişiklikləri zamanı vaxt itirmədən mütəxəssisə müraciət etməyi, habelə profilaktik olaraq ildə bir dəfə mamoloq müayinəsindən keçməyi tövsiyə edib.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı