veten informasiya agentliyi

Bu işçilərə 125 manat verilir

Tarix:9-10-2025, 10:17
Baxış Sayı:75

 Bu işçilərə 125 manat verilir

Ezamiyyətdə olan işçilərə pul avansı verilir.

Bu avans 1 günlük ezamiyyə xərclərinə və nəqliyyat xərclərinə uyğun müəyyən edilir. Xərclərə mehmanxana, yemək, şəhərdaxili nəqliyyat, rabitə və digər xidmətlər daxildir.

Ezamiyyət xərcləri gündəlik norma üzrə müəyyən edilir. Hazırda ölkədaxili ezamiyyət üçün 1 günlük normalar belədir:

• Bakı - 125 manat
• Gəncə və Sumqayıt - 95 manat
• Naxçıvan - 100 manat
• Digər şəhər və rayonlar - 90 manat

Bu məbləğin 70 faizi mehmanxana, 25 faizi gündəlik yemək və rabitə xərclərinə aiddir. Xarici ezamiyyətlərdə isə 1 günlük xərclərin 40 faizi yemək, 60 faizi yaşayış və digər xərclər üçün hesablanır.

Qeyd edək ki, əgər ezam olunan işçini dəvət edən tərəf yaşayış və yeməklə tam təmin edirsə, işçiyə gündəlik ezamiyyə məbləğinin cəmi 5 faizi ödənilir. Əgər yalnız yaşayış təmin olunubsa, gündəlik məbləğin 30 faizi, yalnız yemək təmin olunubsa, 75 faizi ödənilir. Dəvət edən tərəfin bu xərcləri üzərinə götürməsi sənədlərlə təsdiqlənməlidir.[i][/i]

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi