veten informasiya agentliyi

Bu siqnallar infarktdan xəbər verə bilər – Qadınlar xüsusilə diqqətli olmalıdır

Tarix:6-10-2025, 11:03
Baxış Sayı:81

 Bu siqnallar infarktdan xəbər verə bilər – Qadınlar xüsusilə diqqətli olmalıdır

İnfarktın qəfil baş verdiyi düşünülür, lakin elm adamları bildirirlər ki, ürək tutmasından bir neçə həftə və ya hətta bir ay əvvəl bədən xəbərdarlıq əlamətləri göstərə bilər. Xüsusilə qadınlarda bu ilkin simptomların fərqli və çox vaxt nəzərə çarpmayan şəkildə ortaya çıxması diaqnostika prosesini çətinləşdirir.




Mütəxəssislər infarktı yalnız sinə ağrısı ilə əlaqələndirməyin yalnış olduğunu vurğulayır. Qadınlarda daha çox yuxu pozğunluğu, həzm problemi və qeyri-adi yorğunluq kimi fərqli əlamətlər ön planda olur. Bu isə onların infarkt keçirdiyini gec başa düşməsinə və tibbi yardıma gec müraciət etməsinə səbəb ola bilər.




Circulation jurnalında dərc olunan genişmiqyaslı bir araşdırmada, infarkt keçirmiş qadınların böyük bir qismində (təxminən 39%) tutmadan bir ay əvvəl həzm pozğunluğu yaşandığı qeyd olunub. Bu əlamət hadisə anında görünməsə də, infarktın erkən xəbərçisi ola bilər.




Tədqiqatın nəticələrinə görə, qadınların infarktdan təxminən bir ay əvvəl yaşadığı əsas əlamətlər bunlardır:




Qeyri-adi yorğunluq - 71%




Yuxu problemləri - 48%




Nəfəs almaqda çətinlik - 42%




Həzm pozğunluğu və mədə narahatlığı - 39%




Aşırı narahatlıq və gərginlik hissi - 36%




İnfarkt anında isə bu simptomlar daha çox müşahidə olunur:




Nəfəs darlığı - 58%




Bədən zəifliyi - 55%




Qeyri-adi yorğunluq - 43%




Soyuq tərləmə - 39%




Başgicəllənmə və tarazlıq itkisi - 39%




Həkimlər vurğulayırlar ki, bu əlamətlərdən hər hansı biri yaşandıqda, xüsusilə də bir neçə əlamət bir yerdə müşahidə olunursa, vaxt itirmədən tibbi yardım axtarılmalıdır. İnfarktın erkən mərhələdə müəyyən edilməsi həyat qurtara bilər.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı