veten informasiya agentliyi

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri ilə görüşlər keçirilib

Tarix:5-10-2025, 12:42
Baxış Sayı:109

3 oktyabr tarixdə rayon üzrə təhsil sektorlarının və ETİHİ-nin Rayon- Şəhər Komitələrinin birgə təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçiləri ilə görüşlər keçirilib.

‎Görüşlərdə Rayon İcra Hakimiyyəti Başçıları və müavinləri, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova, İdarənin struktur bölmə rəhbərləri, Həmkarlar İttifaqının Rayon-Şəhər Komitlərinin sədrləri, şəhid ailə üzvləri və təhsil işçiləri iştirak ediblər.

‎Tədbirlər Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin, şəhidlərin və dünyasını dəyişmiş təhsil işçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

‎Tədbirdə çıxış edənlər Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir iştirakçılarının timsalında regionun bütün müəllimlərini təbrik edərək bu şərəfli peşənin daşıyıcılarına peşə fəaliyyətində davamlı uğurlar, can sağlığı və yeni nəslin yetişdirilməsi yolunda daim ilham və motivasiya arzuladıqlarını bildiriblər. Sonra dövlət başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğısından danışaraq regionumuzda bir çox yeni məktəb binalarının tikildiyini, əsaslı təmir olunduğunu, məktəblərin ən müasir avadanlıq və ləvazimatla təchiz edildiyini qeyd edərək, təhsil işçiləri adından ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.

‎Daha sonra bir qrup müəllimə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək naliyyətlər əldə etdiklərinə görə və 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan Respublikasının elm və təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmri ilə verilmiş "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı, Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı, Şəki -Zaqatala Regional Təhsil İdarəsinin Fəxri Fərmanı və ETİHİ-nin Rayon-Şəhər Komitələrinin hədiyyələri təqdim olunub.

‎Tədbirlərdə şagirdlər müəllim peşəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.

‎#EduAz #ŞəkiZaqatalaRTİ #5Oktyabr

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi