veten informasiya agentliyi

Abşeron rayonunda müəllimlərlə görüş keçirilib

Tarix:5-10-2025, 12:12
Baxış Sayı:80

Abşeron rayonunda müəllimlərlə görüş keçirilib
Abşeron rayonunda müəllimlərlə görüş keçirilib
Abşeron rayonunda müəllimlərlə görüş keçirilib
Abşeron rayonunda müəllimlərlə görüş keçirilib
Abşeron rayonunda müəllimlərlə görüş keçirilib
Abşeron rayonunda müəllimlərlə görüş keçirilib
5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Abşeron-Xızı Regional Təhsil İdarəsi və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Konfederasiyasının birgə təşkilatçılığı ilə Abşeron rayonunda müəllimlərlə görüş keçirilib.
Görüşdə Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbəri İlhamə Abdullayeva, məktəb direktorları, müəllimlər, Həmkarlar İttifaqının nümayəndələri və Abşeron Rayon İcra Hakimiyyətinin Humanitar məsələlər üzrə müavini iştirak ediblər.
Tədbirdə çıxış edən Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva bütün müəllimləri və təhsil işçilərini 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik etdi və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müşaviri Elşad Hüseynov çıxış edərək bildirib:
"Müəllimlərin əməyinin yüksək dəyəri həm şagirdlərin uğurlarında, həm də təhsil sistemimizin inkişafında özünü göstərir. Həmkarlar İttifaqı olaraq biz onların sosial rifahının qorunmasına və hüquqlarının müdafiəsinə daim diqqət yetiririk."
Həmkarlar İttifaqı Konfederasiyasının Abşeron rayon üzrə sədri Fəxrəddin Eyvazov çıxış edərək müəllimlərin gündəlik fəaliyyətinə dəstək göstərilməsinin vacibliyini vurğulayaraq, onların peşə fəaliyyətinin həm gənc nəsillərin formalaşmasında, həm də cəmiyyətimizin inkişafında böyük rol oynadığını bir daha vurğulayıb.
Abşeron Rayon İcra Hakimiyyətinin Humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova çıxışında qeyd edib ki, Abşeron rayonunda hər il təhsil naliyyətləri artmaqda davam edir, yeni məktəblər inşa olunur və müasir infrastrukturlu, gözəl məktəblər istifadəyə verilir. Bütün bunlar həm dövlətin təhsilə olan qayğısını göstəricisi, eyni zamanda həm də müəllimlərin əməyinin və zəhmətinin göstəricisidir.
Görüşün sonunda Elm və Təhsil Nazirliyi tərəfindən bir qisim müəllim səmərəli fəaliyyətlərinə, təlim-tərbiyə prosesində uğurlarına görə təltif ediliblər.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı