veten informasiya agentliyi

“Snapchat”də bunun üçün ödəniş tələb olunacaq

Tarix:2-10-2025, 11:36
Baxış Sayı:103

 “Snapchat”də bunun üçün ödəniş tələb olunacaq

Məşhur mesajlaşma tətbiqi “Snapchat” istifadəçilərin köhnə foto və videolarını saxlamaq üçün ödəniş tələb edəcək.




2016-cı ildən tətbiqdə mövcud olan “Memories” funksiyası istifadəçilərə əvvəl paylaşdıqları məzmunu saxlamağa imkan verir. Lakin yeni dəyişikliklərə əsasən, 5 gigabaytdan (GB) artıq yaddaşa malik olan istifadəçilər arxivlərini qorumaq üçün ödəniş etməli olacaqlar.




Şirkətin bildirdiyinə görə, istifadəçilərə əvvəlcə 100 GB-lıq yaddaş planı təklif ediləcək, daha yüksək həcmli yaddaş isə “Snapchat+” və “Snapchat Premium” abunəçilərinə ödəniş qarşılığında təqdim olunacaq.




Şirkət dəyişikliklərin qiyməti barədə məlumat verməsə də, bunun qlobal miqyasda mərhələli şəkildə tətbiq olunacağını bildirib.




Bu qərar illər ərzində böyük arxiv yaradan istifadəçilərin narazılığına səbəb olub.

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi