veten informasiya agentliyi

Ağcabədidə Anım Günü münasibətilə tədbir keçirilmişdir

Tarix:29-09-2025, 14:21
Baxış Sayı:150

Sentyabr ayının 26-də 27 Sentyabr - Anım Günü münasibətilə YAP Ağcabədi rayon təşkilatında tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə müstəqil və müasir Azərbaycanın banisi, Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbir YAP Ağcabədi rayon təşkilatının inzibati binasında davam etdirilmişdir.
Tədbirin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirilmişdir.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və xalqımıza Qələbə sevinci yaşadan, dövlət müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə açılış nitqi ilə çıxış edən YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov bildirdi ki, 27 sentyabr tariximizin ən əlamətdar, ən müqəddəs günlərindən biridir. Bizim igid oğullarımız 30 ildən sonra elə bir zəfər tarixi yazdılar ki, bütün dünyaya türkün gücünü, qüdrətini sübut etdilər. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin müdrik hərbi strategiyası əsasında Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərməklə öz tarixi torpaqlarını düşmən tapdağından azad etdi.
Natiq Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarda dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərə Uca Tanrıdan rəhmət dilədi.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının Ağcabədi rayonu üzrə Nümayəndəsi Radə Qafarova, Milli Qəhrəman Sadiq Hüseynovun həyat yoldaşı Nəzakət Bəşirova, “N” saylı hərbi hissənin zabiti İsmayıl Əhmədzadə, Vətən Müharibəzi qazisi Kamran Sadıqov, Ağcabədi Pedoqoji Kollecinin tələbəsi Vahidə İbişova qeyd etdilər ki, 2020-ci ilin 27 sentyabr tarixində əks-hücumla torpaqlarımızın erməni faşizmindən azad edilməsi uğrunda mübarizəyə başlayan Azərbaycan Ordusu, bu müqəddəs missiyanın öhdəsindən bacarıqla gəlmiş, cəmi 44 gün ərzində ərazi bütövlüyümüzü təmin etmişdir. Bununla da 30 ildən çox davam edən erməni işğalına son qoyulmuş, Azərbaycan təkbaşına, öz gücü və imkanları ilə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasına nail olmuşdur.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilmişdir.
Tədbir iştirakçıları Ağcabədi “Qəhrəmanlar Parkı”nda şəhid məzarlarını ziyarət edərək əziz xatirələrini ehtiramla anmışlar.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı