veten informasiya agentliyi

Boyuzatma əməliyyatına tələbat pik həddə - risk isə çox böyükdür

Tarix:29-09-2025, 09:51
Baxış Sayı:77

 Boyuzatma əməliyyatına tələbat pik həddə - risk isə çox böyükdür

Daha uzun boya sahib olmaq üçün edilən boy uzatma əməliyyatları son illərdə dünyada getdikcə daha çox populyarlaşır. Ancaq bu prosedur, sadəcə "bir neçə santimetr uzun olmaq" qədər sadə deyil - bədən, bu əməliyyatın ağır nəticəsini ödəyir.

Əməliyyat zamanı sümüklər qırılır, xüsusi cihazlarla tədricən uzadılır, nəticədə isə əzələlər, sinirlər, damarlar və oynaqlar ciddi gərginlik altına düşür.

Boy uzatma üsulu yeni kəşf deyil. Bu prosedur 1950-ci illərdə sovet ortopediya cərrahı Qavriil İlizorov tərəfindən, sınıqların və anadangəlmə əyriliklərin müalicəsi üçün hazırlanıb. Onun yaratdığı texnika bu gün də müasir əməliyyatların əsasını təşkil edir.

Başlanğıcda yalnız tibbi səbəblərlə edilən bu əməliyyatlar, indi estetik məqsədlə, yəni boyu artırmaq üçün geniş yayılıb. ABŞ, Avropa, Hindistan və Cənubi Koreyada xüsusi klinikalar hər il minlərlə dollar dəyərində əməliyyatlara artan maraq olduğunu bildirirlər.

Bəzi klinikalarda artıq estetik əməliyyatların sayı tibbi əməliyyatları keçib. Bu isə cəmiyyətdə boyla bağlı gözləntilərin insanları riskli prosedurlara yönəltməsinin bir göstəricisidir.

Əməliyyat necə aparılır?

Həkimlər adətən bud (femur) və ya qaval sümüyünü (tibia) kəsərək başlayırlar. Sonra sümüklərin arasına xüsusi cihaz yerləşdirilir.

Əvvəllər bu, bədənin xaricində olan metal çərçivələrlə edilirdi və xəstələr gündəlik bu çərçivələri tədricən açaraq sümükləri 1 mm qədər uzaqlaşdırırdılar.

Son illərdə isə bəzən sümüklərin içinə yerləşdirilən teleskopik çubuqlar tətbiq olunur. Onlar maqnitlə idarə edilir və xarici çərçivəyə ehtiyac qalmır. Bu üsul daha estetik və daha az infeksiya riski yaratsa da, çox bahalıdır və hər xəstəyə uyğun deyil.

Uzatma prosesi başladıqdan sonra bədən həmin boşluğu yeni sümük toxuması ilə doldurur - buna osteogenez deyilir. Bu zaman əzələlər, damarlar və sinirlər də zorla uzanmağa məcbur olur.

Əməliyyatdan sonra 5-8 sm, bəzi hallarda isə 12-15 sm-ə qədər boy uzatmaq mümkündür, amma hər əlavə santimetr riskləri artırır. Ən çox görülən fəsadlar:

Oynaqlarda sərtlik və hərəkət məhdudiyyəti

Sinir zədələnməsi, keylik və yanma hissi

Sümük sağalmasının gecikməsi

İnfeksiyalar

Uzunmüddətli ağrılar və deformasiya

Sinirlər sümüklər kimi uzana bilmədiyinə görə, onların zədələnməsi bəzən davamlı sinir itkisinə gətirib çıxara bilər.

Bu prosedur zamanı bədən sürekli qırılan və uzadılan sümüyü bərpa etməyə çalışır. Bu isə həm fiziki, həm də psixoloji cəhətdən çox çətin prosesdir:

Xəstələr aylarla güclü ağrıkəsicilərdən asılı qalır

Hərəkət qabiliyyəti ciddi şəkildə məhdudlaşır

Fiziki reabilitasiya mütləqdir

Yaxşılaşma prosesi bəzən 1 ildən çox çəkir

Bəzi insanlar əməliyyat nəticəsində istədikləri boy uzunluğuna çatsalar belə, xroniki ağrılar, dəyişmiş yeriş tərzi və ya psixoloji məyusluqla üzləşirlər.

Boy uzatma əməliyyatı getdikcə daha çox insanın diqqətini çəksə də, bu, ciddi riskləri olan mürəkkəb tibbi prosedurdur. Həkimlər bildirirlər ki, əməliyyat yalnız yaxşı düşünülmüş qərarla və tibbi nəzarət altında edilməlidir.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı