veten informasiya agentliyi

Kolbasa yeməyin, bu xəstəlikləri yaradır – Ekspertdən açıqlama

Tarix:25-09-2025, 10:33
Baxış Sayı:102

 Kolbasa yeməyin, bu xəstəlikləri yaradır – Ekspertdən açıqlama

Emal olunmuş ət məhsulları xüsusilə kolbasa və sosiskalar gündəlik qidalanmada geniş istifadə olunsa da, mütəxəssislər bu məhsulların sağlamlığa ciddi zərər verə biləcəyi barədə xəbərdarlıq edirlər.




Qida təhlükəsizliyi və dietologiya üzrə eksperti Ağa Salmanovun sözlərinə görə, kolbasa məhsulları tərkibinə əlavə olunan konservantlar, dadlandırıcılar, rəngverici maddələr və nitratlar səbəbindən uzunmüddətli istehlak zamanı müxtəlif xəstəliklərə yol aça bilər:




"Bu tip məhsulların tez-tez qəbulu başda mədə-bağırsaq xəstəlikləri, qan təzyiqi problemləri, ürək-damar sistemində pozğunluqlar və hətta onkoloji risklərin artması ilə nəticələnə bilər".




"Kolbasaların tərkibindəki natrium nitrat və nitritlər orqanizmdə toksik təsir yaradır. Bu maddələr bədəndə parçalanaraq kanserogen birləşmələrə çevrilə bilər. Xüsusilə uşaq və yaşlıların bu məhsullardan uzaq durması tövsiyə olunur", - deyə o vurğulayıb.




Ekspertin sözlərinə görə, istehlakçılar bu cür məhsulların qəbulu zamanı miqdara və tərkibə diqqət etməli, mümkün qədər təbii və ev şəraitində hazırlanmış alternativlərə üstünlük verməlidirlər.




Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da daha əvvəl emal olunmuş ət məhsullarını potensial kanserogen qidalar siyahısına daxil edib.

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi