veten informasiya agentliyi

FHN sürücülərə MÜRACİƏT ETDİ

Tarix:23-09-2025, 10:52
Baxış Sayı:95

 
 FHN sürücülərə MÜRACİƏT ETDİ

"Yay istirahət mövsümünün bitməsi və yeni tədris ilinin başlaması ilə şəhərdaxili avtomobil yollarında sıxlıq müşahidə olunmaqdadır. Belə vəziyyət fövqəladə hadisə ünvanına tələsən xüsusi təyinatlı texnikaların, o cümlədən yanğınsöndürən və xilasetmə avtomobillərinin yollarda hərəkəti və hadisə yerinə vaxtında çatması üçün çətinliklər yaradır".

Bu barədə Fövqəladə Hallar Nazirliyinin avtonəqliyyat vasitələri sürücülərinə müraciətində bildirilib.

"Xüsusilə, bəzi sürücülərin hadisə yerinə tələsən yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməməsi son nəticədə baş vermiş yanğın, qəza və digər hadisələrin nəticələrinin operativ aradan qaldırılması və mümkün zərərin minimuma endirilməsi üçün nəqliyyat vasitələrinin hadisə yerinə vaxtında çatmasına maneə törədir", - müraciətdə deyilir.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələri sürücülərinə müraciət edərək, onları avtomobil yollarında operativ nəqliyyat vasitələri olan yanğınsöndürən və xilasetmə avtomobillərinə dərhal yol verməyə çağırır:

"Xatırladırıq ki, avtomobil yollarında yanğınsöndürən və xilasetmə avtomobillərinə yol verməyən sürücülər qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi məsuliyyət daşımaqla yanaşı, yanğın, qəza və digər fövqəladə hadisə ərazisinə vaxtında çatıb hadisənin qarşısının alınması, ən əsası isə təhlükədə olan insan həyatının xilas edilməsi işinə ciddi çətinlik törətməklə həm də mənəvi məsuliyyət daşıyırlar".

Bu gün Kəlbəcər Şəhəri Günüdür
Bu gün Kəlbəcər Şəhəri Günüdür
“Qara cümə” öncəsi fırıldaqçıların hiylələri üzə çıxdı
“Qara cümə” öncəsi fırıldaqçıların hiylələri üzə çıxdı
Bu günün havası açıqlandı
Bu günün havası açıqlandı
Astronomik qışın başlama tarixi açıqlandı
Astronomik qışın başlama tarixi açıqlandı
Bəşəriyyət üçün kabusa çevrilən süni intellekt - İnsan öz yaratdığı güc qarşısında aciz qalır
Bəşəriyyət üçün kabusa çevrilən süni intellekt - İnsan öz yaratdığı güc qarşısında aciz qalır
ABŞ-da təyyarə qəzası - Altı nəfərdən xəbər yoxdur
ABŞ-da təyyarə qəzası - Altı nəfərdən xəbər yoxdur
İmmuniteti gücləndirən səkkiz tərəvəz: tərkibində nələr var?
İmmuniteti gücləndirən səkkiz tərəvəz: tərkibində nələr var?
Gündə yarım saat gəzmək orqanizmdə hansı dəyişikliklərə səbəb olur?
Gündə yarım saat gəzmək orqanizmdə hansı dəyişikliklərə səbəb olur?