veten informasiya agentliyi

Evi plana düşənlərin nəzərinə – Bunları mütləq bilməlisiniz

Tarix:23-09-2025, 10:49
Baxış Sayı:70

 Evi plana düşənlərin nəzərinə – Bunları mütləq bilməlisiniz

Son aylar Bakıda Baş plan çərçivəsində genişmiqyaslı söküntülərə start verilib. Nərimanovdan Səbailə qədər bir çox rayonları əhatə edən prosesdə əsas sual plana düşən evlərin qiymətləndirilməsi və təzminat məbləğidir. Xüsusilə bir şəxsin adına rəsmiləşdirilmiş, lakin ayrı-ayrı yaşayış kimi istifadə olunan iki və daha çoxmərtəbəli həyət evlərinin kompensasiyası ictimai maraq doğurur.

Plana düşən evlərin qiyməti hansı qaydada hesablanır? Çoxmərtəbəli, ayrı yaşayışlı, amma bir şəxsin adına sənədləşdirilmiş evlərdə təzminat necə müəyyən olunur? Belə hallar verilən məbləğə təsir edirmi?

Əmlak üzrə ekspert Anar Nəsirov deyib ki, həyət evləri və çoxmərtəbəli binalar sökülərkən əmlakın sahəsi, mərtəbə sayı və digər göstəricilərindən asılı olmayaraq, proses yalnız əmlak sahibi ilə tikinti şirkəti arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilməlidir:

"Əmlak toxunulmazdır və söküntü yalnız sahibin razılığı ilə mümkündür. Əgər mənzil çox kiçik sahəyə malikdirsə (məsələn, 15-20 kvadrat metr), yeni tikililərdə belə ölçüdə mənzil olmadığından şirkət həmin vətəndaşa daha böyük, adətən 40-45 kvadratlıq ev təklif edir. Bu, kiçik sahəli mənzillər üçün xüsusi güzəşt kimi tətbiq olunur. Sahənin ölçülməsi çöldən-çölə aparılmalıdır. Çünki orta divarlar da söküldüyündən həmin sahə hesablanmalı və vətəndaşın ümumi kvadratına daxil edilməlidir. Necə ki, yeni tikililərdə şaxta və hava bacaları belə ümumi kvadrata əlavə olunaraq satılır, eyni qayda həyət evlərinə də tətbiq edilməlidir. Yəni sahə çöldən-çölə ölçülməli və vətəndaşın ümumi kvadrat sahəsi dəqiq müəyyənləşdirilməlidir".

Ekspert bildirib ki, söküntü prosesi əsasən dörd mərhələdən ibarətdir:

"Birinci mərhələdə kvadrat düzgün hesablanmalı, tərəflər bunun əsasında razılığa gəlməlidir. İkinci hissədə tikinti bitənə qədər vətəndaş mütləq kirayə mənzillə təmin olunmalıdır. Müqavilədə müddət "iki il" kimi konkret yazılmamalı, "yeni mənzil təhvil verilənədək" kimi göstərilməlidir. Əks halda, tikinti yubandıqda şirkət kirayə ödənişini dayandıra və mübahisələr yarana bilər. Üçüncü mərhələdə vətəndaşa sökülən mənzilin sahəsi və vəziyyəti nəzərə alınmaqla yeni binada eyni, yaxud uyğun kvadratlı mənzil təqdim olunmalıdır. Kiçik fərqlər tərəflərin razılaşması əsasında müəyyən edilə bilər. Dördüncü mərhələ kimi mənzilin təmiri də nəzərdə tutulur. Tikinti şirkəti mənzili ya təmir edib təhvil verir, ya da vətəndaşla razılaşaraq təmir pulunu əlavə kvadratla əvəz edir".

A.Nəsirov qeyd edib ki, bütün razılaşmalar mütləq yazılı müqavilə əsasında aparılmalı və yalnız diqqətlə oxunduqdan sonra imzalanmalıdır:

"Əks halda, proses məhkəmə predmetinə çevrilə bilər. Qanunda söküntü ilə bağlı dəqiq qaydalar tam nəzərdə tutulmadığı üçün bütün məsələlər qarşılıqlı razılaşma, vicdanlı yanaşma və mövcud təcrübə əsasında həll olunmalıdır".

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı