veten informasiya agentliyi

Borclulara şad xəbər - 50%-lik məhdudiyyət kimlərə şamil olunur?

Tarix:23-09-2025, 10:47
Baxış Sayı:86

 Borclulara şad xəbər - 50%-lik məhdudiyyət kimlərə şamil olunur?

Məhkəmə qərarının icrası zamanı borclunun əmək haqqı və digər gəlirlərinə yönəldilən tutulmalar "İcra haqqında" Qanun və Cəzaların İcrası Məcəlləsi ilə tənzimlənir.

Ədliyyə Nazirliyindən bildirilib ki, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz.

Bildirilir ki, tələb bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə qazancın 50 faizi borcluda qalmalıdır:

"Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı yuxarıdakı məhdudiyyətlər tətbiq edilmir.

Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz".

"Qanunda tələbin yönəldilməsinə yol verilməyən pul məbləğlərinin siyahısı müəyyənləşib. Müvafiq maddədə göstərilənlərdən başqa tələb borcluya ödənilən digər pul məbləğlərinə yönəldilə bilər.

Bir neçə icra sənədi üzrə tutulma olduqda belə, borcludan tutulan ümumi məbləğ müvafiq olaraq onun gəlirlərinin 50 faiz və ya 70 faizindən çox olmamalıdır", - qurumdan əlavə olunub.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı