veten informasiya agentliyi

Artıq çəkili insanları sevindirəcək xəbər - 450 min insan üzərinə araşdırıldı: Nəticə təəccübləndirir

Tarix:18-09-2025, 10:00
Baxış Sayı:113

 Artıq çəkili insanları sevindirəcək xəbər - 450 min insan üzərinə araşdırıldı: Nəticə təəccübləndirir

Nyu-Yorkdakı Tibb Məktəbi və Kopenhagen Universitetinin alimlərinin apardığı genişmiqyaslı araşdırma obez insanlarla bağlı gözlənilməz nəticələr ortaya qoyub.

Dünya miqyasında sürətlə yayılan obezitə adətən şəkərli diabet, ürək-damar xəstəlikləri və yüksək təzyiqin əsas səbəblərindən biri hesab olunur. Lakin, bu belə deyilmiş.

Avropa mənşəli 450 mindən çox insanın genetik məlumatlarının təhlili zamanı obeziteni ciddi xəstəlik risklərindən qismən qoruyan 266 genetik fərqlilik aşkar edilib. Məlum olub ki, bu genetik xüsusiyyətlərə sahib şəxslərin kökəlmə ehtimalı daha yüksək olsa da, onların şəkər, ürək xəstəliyi və təzyiq problemi ilə qarşılaşma riski digərlərinə nisbətən daha aşağıdır.

Mütəxəssislər bildiriblər ki, obezite vahid bir vəziyyət deyil, müxtəlif sağlamlıq təhlükələri ilə bağlı səkkiz fərqli alt tipdən ibarətdir. Ən maraqlı məqamlardan biri isə odur ki, bu qoruyucu genetik faktorların təsiri uşaqlarda da müşahidə olunub. Yəni belə uşaqlar kökəlsələr belə, metabolik xəstəliklərin əlamətlərini göstərmirlər.

Araşdırma müəllifləri hesab edirlər ki, əldə edilən nəticələr gələcəkdə həkimlərin hansı insanların daha böyük risk altında olduğunu müəyyənləşdirməsinə və yeni müalicə üsullarının hazırlanmasına imkan verəcək.

Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, bu nəticələr obezitenin təhlükəsiz olduğunu göstərmir. Qidalanma və fiziki aktivlik hər halda sağlamlığın qorunmasında əsas rol oynayır.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə 2022-ci ildə dünya əhalisinin hər səkkiz nəfərindən biri artıq çəkidən əziyyət çəkib və son otuz ildə obezitenin yayılması iki dəfədən çox artıb.

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi