veten informasiya agentliyi

Kasko sığorta etdirənlərə XƏBƏRDARLIQ: Ödənişindən MƏHRUM qala bilərsiz

Tarix:9-09-2025, 10:27
Baxış Sayı:100

 Kasko sığorta etdirənlərə XƏBƏRDARLIQ: Ödənişindən MƏHRUM qala bilərsiz

Texniki nasazlıqdan baş verən qəzalarda bəzən kasko sığortası ödənişi edilmir. Bəzi sürücülər isə bundan məlumatsızdırlar. 




Bəs hansı hallarda ödəniş mümkündür?




Hüquqşünas Hüseyn İsmayılov açıqlama verərək bildirib ki, texniki nasazlıqdan baş vermiş avtoqəzalar zamanı sığorta şirkətlərin sığorta ödənişi etməkdən imtina edirlər. Bunun əsas səbəbi aşağıdakılardır:




"Mülki Məcəllənin 922.3-cü maddəsinə əsasən sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır.




Bundan başqa Məcəllənin 935.1.4-cü maddəsinə əsasən sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi sığorta ödənişindən imtina etmək üçün əsas olaraq qeyd edilmişdir.
Sığorta şirkətlərinin sığorta qaydlarında adətən texniki nasazlığı sığortalıya əvvəlcədən məlum olduğu təqdirdə belə vəziyyətdə olan nəqliyyat vasitəsinin istismar edilməsi nəticəsində dəymiş zərərlərin sığorta təminatına daxil olmadığı xüsusilə qeyd olunur". 




Hüquqşünas qeyd edib ki, avtomobilin nasaz idarə edilməsi nəticəsində baş verən qəzalar təsadüfi, ya da hadisələrin təbii axarı nəticəsində baş vermir. Burada sürücünün səhlənkarlığı yaranır. 

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi