veten informasiya agentliyi

4 sentyabr 2025-ci il tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə ənənəvi hesabat xarakterli sentyabr konfransı keçirilib

Tarix:5-09-2025, 09:34
Baxış Sayı:158

4 sentyabr 2025-ci il tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə ənənəvi hesabat xarakterli sentyabr konfransı keçirilib

Dəyirmi masa ətrafında baş tutan tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov, idarənin digər rəhbər şəxsləri, rayon təhsil sektor müdirləri və bir qrup ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.
Konfransların əsas məqsədi ümumi təhsilin inkişaf istiqamətlərini və qarşıda duran strateji hədəfləri müəyyənləşdirmək, eyni zamanda 2025–2026-cı tədris ili üçün fəaliyyət planını formalaşdırmaqdan ibarətdir. Konfrans zamanı həmçinin ötən tədris ilinin nəticələri təhlil olunub və əldə olunan nəticələr dəyərləndirilib.
Bu ilki konfransın gündəliyində rəqəmsal bacarıqların artırılması, dərsə davamiyyətin yüksəldilməsi, inklüziv və fərdi yanaşmaların gücləndirilməsi, oxuyub-anlama və riyazi təfəkkürün inkişafı, valideyn iştirakının təlim-tərbiyə prosesində rolunun artırılması kimi mövzulara xüsusi önəm verilib.
Sentyabr konfransları iştirakçılar üçün fikir mübadiləsi aparmaq, qabaqcıl təcrübələri paylaşmaq və aktual təhsil çağırışlarına uyğun olaraq vahid yanaşmalar formalaşdırmaq baxımından mühüm platforma rolunu oynayır.
#MÜTDA #EduAz #MərkəziAranRTİ #SentyabrKonfranslar

4 sentyabr 2025-ci il tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə ənənəvi hesabat xarakterli sentyabr konfransı keçirilib
4 sentyabr 2025-ci il tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə ənənəvi hesabat xarakterli sentyabr konfransı keçirilib
4 sentyabr 2025-ci il tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə ənənəvi hesabat xarakterli sentyabr konfransı keçirilib
4 sentyabr 2025-ci il tarixində Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə ənənəvi hesabat xarakterli sentyabr konfransı keçirilib

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb

"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək

Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib

"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib

İranda dəmir yolu qovşağına da zərbələr endirildi