veten informasiya agentliyi

Neft işçiləri ETİRAZ edir: Yeni sədrin QANUNSUZ əməlləri - SKANDAL MƏLUMATLAR

Tarix:4-09-2025, 15:51
Baxış Sayı:504

Neft işçiləri ETİRAZ edir: Yeni sədrin QANUNSUZ əməlləri - SKANDAL MƏLUMATLAR


Via.az dia-az.proya istinadən xəbər verir ki, Azərbaycan Neft və Qaz Sənayesi İşçilərin Həmkarlar İttifaqı Respublika Komitəsi qəbul etdiyi Nizamnaməni kobud şəkildə pozaraq yerli komitələr də yığılan vəsaitin 100 faizini tələb edir. Halbuki bu Azərbaycan Respublikasının Konstitusiyana, Azərbaycan respublikasının tanıdığı beynəlxalq hüququn prinsip və normalarına, Respublikanın digər qanun və normativ aktlarına, ,, Həmkarlar İttifaqı haqqında,, Azərbaycan Respublikası qanununa tamamilə ziddir. Bu vaxta qədər yığılan vəsaitin 25 faizi Respublika Komitəsinə köçürülürdü. Lakin 15 avqust tarixində həmkar sədrləri aldadılaraq SOCAR-ın baş ofisində başqa bir mövzunun müzakirəsi adı altında dəvət edilmiş, iclasdan əvvəl müxtəlif üsullarla qorxudularaq və təzyiq göstərilərək bu qərarı dəstəkləməli olduqlarını onlara bildiriblər. Bütün bunları bizə məlumat göndərən mənbə iddia edir ki, Əlacsız qalan sədrlərin bir neçəsi istisna olmaqla bu qərara razılıq veriblər.. Vəziyyət elə bir hal alıb ki, həmkar sədrləri və fəalları, vaxtı ilə Neftçi həmkarlar təşkilatının passivliyi görüb 1996 çı ildə bir qrup Neftçinin yaratdığı Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı İctimai Birliyinə (NHMT İB) və digər hüquq müdafiəçisi olan təşkilatlara müraciət etməyi nəzərdə tuturlar. Və bununlada həmkarlar təşkilatının belə qərarlar verən rəhbərlərin olduğu halda necə lazımsız bir təşkilat çevrildiyinin və qısa bir zamanda məhvə getdiyinin şahidi olunacağı vurğulanıb. Həmkarlar təşkilatlarının İctimai Birliklərdən kömək istəməsi həqiqətən utanc vericidir. Qeyd edək ki, ötən gün bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı, öz sosial şəbəkə hesabında məlumat paylaşıb. Biz də Mərkəz Tv olaraq, Mirvari Qəhrəmanlıdan mövzu ətrafında açıqlama aldıq. Qeyd edək ki, məsələ ilə əlaqədar olaraq, Həmkarlar İttifaqı Konfederasiyasından münasibət öyrənməyə çalışsaq da, bu mümkün olmadı.

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi