veten informasiya agentliyi

Məktəbli formaların qiyməti münasibdir, ya "cib yandırır"?

Tarix:4-09-2025, 10:48
Baxış Sayı:104

 Məktəbli formaların qiyməti münasibdir, ya "cib yandırır"?

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. Valideynlər artıq məktəbli forması almaq üçün mağazalara üz tuturlar. 

Bəs bu il formaların qiyməti münasibdir, ya "cib yandırır"?

Valideynlərin sözlərinə görə, məktəbli formaları bu il də dəyişməyib:

"Keçən ilki formalarla eynidir. Sadəcə ölçü məsələsi düz gəlmir deyə yenilərini alacağıq". 

Məsələ ilə bağlı Bakı Tikiş Evinin (BTE) şöbə müdiri Etibar Əzimov bildirib ki, yeni məktəbli formalarının qiyməti 25 faizə qədər ucuzlaşıb:

"İyulun 1-dən endirimli qiymətlərimiz qüvvədə olacaq. Mağazalarımızda da, anbarımızda da kifayət qədər məktəbli forması var. Yeni endirimli qiymətlərimiz belədir - qısaqol köynəklər 12 manatdan 8 manata, uzunqol köynəklər 12 manatdan 10 manata, şalvar 20 manatdan 15 manata, ətək 20 manatdan 15 manata, jaket 30 manatdan 20 manata qədər ucuzlaşıb. Həmin qiymətlərin siyahısı bu gündən bizim bütün mağazalarımızın divarlarından asılacaq".

2025-ci ilin sonuna kimi bu qiymətlər olduğu kimi qalacaq və artması nəzərdə tutulmayıb. Qiymətləri azaltmağımıza səbəb saxta və ucuz satılan məktəbli formaları ilə rəqabətdə uduzmamaqdır", - deyə E.Əzimov qeyd edib.

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi