veten informasiya agentliyi

Universitetlər Bakıdan bu şəhərlərə köçürülə bilər – SİYAHI

Tarix:1-09-2025, 11:39
Baxış Sayı:110

 Universitetlər Bakıdan bu şəhərlərə köçürülə bilər – SİYAHI

Tədris ilinin başlamasına az qalmış Azərbaycanda universitetlərin yalnız Bakıda cəmlənməsi məsələsi yenidən aktuallaşıb. Təklif edilir ki, ali məktəblərin böyük hissəsi regionlara, xüsusən də Qarabağ və Şərqi Zəngəzura köçürülsün. Bu baxımdan Xankəndində yaradılan Qarabağ Universiteti model kimi göstərilir.

Universitetlərin regionlara, xüsusilə Qarabağ və Şərqi Zəngəzura köçürülməsi realdırmı? Bu, tələbələr üçün problemlər yarada bilərmi? 

Deputat Fazil Mustafa deyib ki, bu proses artıq situasiyanın yeniləşməsi deməkdir:

"Torpaqlar işğaldan azad olunandan sonra bu barədə daha real düşünmə imkanı yaranıb. Məsələ yalnız bir şəhərdən ibarət deyil. Burada hansı şəhərlərin strateji əhəmiyyətə malik olduğu və onların inkişaf etdirilməsinə ehtiyac nəzərə alınmalıdır. Məsələn, Ağdam, Xankəndi, Gəncə, Göyçay, Lənkəran, Zaqatala kimi şəhərlərə universitet modelləri salmaq vacibdir ki, tələbə axını ilə həm mədəni, həm də sosial mühit inkişaf etdirilsin".

Deputat bildirib ki, Bakıda sıxlığın qarşısını almaq üçün bu modeldən istifadə oluna bilər:

"Qarabağ Universiteti artıq müəyyən yükün bir qismini götürə bilər, amma bu, yetərli deyil. Daha çox şəbəkələşməyə və universitetlərin regionlara yayılmasına imkan verilməlidir. Əks halda,  paytaxtda sıxlığın, cansıxıcı həyatın qarşısını almaq çətin olacaq".

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi