veten informasiya agentliyi

Ağrıya ən dözümlü olan qan qrupu məlum oldu

Tarix:1-09-2025, 11:36
Baxış Sayı:107

 Ağrıya ən dözümlü olan qan qrupu məlum oldu

Yeni elmi araşdırmalar göstərib ki, qan qrupları yalnız immunitet sistemi, xəstəlik riski və ya orqan köçürülməsində uyğunluq kimi mövzularla məhdudlaşmır.

Qan qruplarının həm də ağrı həssaslığına təsir göstərə biləcəyi ortaya çıxıb.

Mütəxəssislərin sözlərinə görə, xüsusilə "0" yəni I qan qrupuna sahib insanların ağrıya qarşı daha dözümlü ola biləcəyi müəyyən edilib. Lakin ekspertlər xəbərdarlıq edir ki, bu dayanıqlılıq bəzi hallarda xəstəliklərin gec diaqnoz qoyulmasına səbəb ola bilər. Çünki ağrı orqanizmin xəbərdarlıq siqnalıdır.

Müxtəlif qan qruplarına sahib şəxslərlə aparılan ağrı dözümlülüyü testlərində "0" qan qrupundakı iştirakçıların digər qruplara nisbətən ağrıya daha uzun müddət tab gətirdiyi müşahidə olunub. Bu nəticə "0" qan qrupunun "ən ağrıya davamlı qan qrupu" ola biləcəyini göstərir.

Alimlərin fikrincə, bu fərq qan laxtalanmasının xüsusiyyətləri ilə və ya sinir sisteminin ağrı siqnallarını işləmə tərzi ilə bağlı ola bilər.

Ağrıya qarşı dözümlülük bəzi hallarda üstünlük kimi görünsə də, mütəxəssislər bu xüsusiyyətin sağlamlıq problemlərinin gec müəyyən olunmasına yol aça biləcəyini vurğulayır.

Mütəxəssislər nəticələrin əhəmiyyətli olduğunu, lakin dəqiq qənaət üçün əlavə tədqiqatlara ehtiyac duyulduğunu bildirirlər. Bununla belə, araşdırma qan qruplarının insan sağlamlığı və fərdi xüsusiyyətlər üzərindəki təsirinə dair marağı artırıb.

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi