veten informasiya agentliyi

"Temu"nun mallarında təhlükəli maddələr aşkarlandı - Nazirlik yeni qaydalar tətbiq edəcək

Tarix:27-08-2025, 16:50
Baxış Sayı:124

 "Temu"nun mallarında təhlükəli maddələr aşkarlandı - Nazirlik yeni qaydalar tətbiq edəcək

Onlayn satış platforması "Temu" tərəfindən Türkiyəyə göndərilən ayaqqabıların 50 faizində yüksək miqdarda kanserogen və allergen maddələr aşkarlanıb.




"Temu"ya qarşı sanksiyaların tətbiqi və yük daşımalarının daha sərt gömrük yoxlamalarına məruz qalması gündəmdədir.




"Temu" məhsulları hazırda Xarici Ticarətdə Risk Əsaslı Nəzarət Sistemi (TAREKS) kimi məhsul təhlükəsizliyi sistemlərinə tabe olmadığı üçün kanserogen və insan sağlamlığına zərərli maddələr daşıya bilir.




Türkiyə Ayaqqabı İstehsalçıları Birliyinin sədri Berke İçten bildirib ki, Türkiyəyə xaricdən konteyner əsaslı məhsul idxal edən şirkətlər TAREKS yoxlamalarına məruz qalır, amma "Temu" məhsulları sınaqdan keçmədən birbaşa istehlakçıya çatdırılır:




“Dərnək olaraq "Temu"dan ayaqqabı aldıq və analiz üçün laboratoriyaya göndərdik. Nəticələr göstərdi ki, ayaqqabıların 50 faizində yüksək miqdarda kanserogen, allergen və ağır metallar var. Bu hesabatı prezidentə təqdim etdik və istehlakçıların təhlükəsizliyi üçün Ticarət Nazirliyinə məlumat verdik. Nazirlik tezliklə yeni qaydalar tətbiq edəcək”.




Rəsmi məlumata görə, 2024-cü ildə "Temu" vasitəsilə Türkiyəyə 8 milyon cüt ayaqqabı gətirilib. Qeyd olunub ki, "Temu"nun bu fəaliyyəti 200-dən çox yerli ayaqqabı şirkətinin bağlanmasına səbəb olub.

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi