veten informasiya agentliyi

Azərbaycanda hansı avtomobillər daha sərfəlidir?

Tarix:23-08-2025, 13:00
Baxış Sayı:150

Azərbaycanda hansı avtomobillər daha sərfəlidir?


Günümüzdə hər kəs gündəlik istifadə üçün daha sərfəli və iqtisadi avtomobil axtarışındadır. Yüksələn yanacaq qiymətləri, texniki xidmət xərcləri və şəhər mühitində yaranan müxtəlif çətinliklər sürücüləri daha praktik seçimlər etməyə məcbur edir.

Bu səbəbdən insanlar həm şəhər daxilində, həm də uzun yollarda istifadəyə uyğun, büdcəyə qənaət edən və ehtiyat hissələri asanlıqla tapılan avtomobillərə üstünlük verirlər.

Təlimçi Adil Nəbiyev bildirir ki, günümüzdə elektrik avtomobillər daha sərfəlidir:

"Bu gün yeni elektrik avtomobilləri daha sərfəlidir. Lakin uzun yollarda elektrikli avtomobillər o qədər də əlverişli deyil. Bunun əsas səbəbi hər yerdə, istənilən vaxt şarj edə biləcəyimiz şarj məntəqələrinin kifayət qədər olmamasıdır. Yəni şarj məntəqələri hər zaman əlçatan deyil. Bundan başqa, şarj məntəqəsi olsa belə, dayanıb avtomobili şarj etmək uzun vaxt aparır və çox vaxt itkisinə səbəb olur. Buna görə də uzun yollar üçün hibrid avtomobillər daha əlverişlidir. Lakin bir neçə ildən sonra elektrik avtomobillərinin sayı artdıqca şarj aparatları da hər yerdə daha əlçatan olacaq".

"Dizel avtomobillər isə ümumiyyətlə, şəhər daxilində istifadə edilməsə yaxşıdır. Çünki şəhərdə asta sürətlə hərəkət edildikdə filtrin dolması problemi yaranır. Ancaq uzaq yola çıxdıqda, sürət yüksək olduğu üçün filtrlər dolmur. Satış baxımından Yaponiya və Koreya avtomobilləri ikinci əl bazarında daha çox üstünlük qazanır. Bir sözlə, ən çox istifadə edilən avtomobilləri sürmək daha məqsədəuyğundur.

Çünki bu cür avtomobillərin ehtiyat hissələrini tapmaq daha asan olur. Həm də tələbat çox olduğu üçün onların təmir ustaları da kifayət qədər mövcuddur. Bundan əlavə, ən çox istifadə edilən avtomobillərin əksəriyyəti iqtisadi modellərdir ki, bu da belə avtomobilləri almağı daha sərfəli edir"- deyə təlimçi A.Nəbiyev qeyd edir.

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi