veten informasiya agentliyi

İdarə müdiri Zaqatalada bir sıra təhsil müəssisələrində olub

Tarix:18-08-2025, 10:51
Baxış Sayı:124

İdarə müdiri Zaqatalada bir sıra təhsil müəssisələrində olub
İdarə müdiri Zaqatalada bir sıra təhsil müəssisələrində olub
İdarə müdiri Zaqatalada bir sıra təhsil müəssisələrində olub
İdarə müdiri Zaqatalada bir sıra təhsil müəssisələrində olub
İdarə müdiri Zaqatalada bir sıra təhsil müəssisələrində olub

‎Avqustun 5-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova Zaqatala rayonunun məktəbəqədər təhsil müəssisələrində təşkil olunan bir sıra tədbirlərdə iştirak edib.

‎İdarə müdiri əvvəlcə Zaqatala rayon Yuxarı Tala kənd 1 nömrəli körpələr evi–uşaq bağçasında təlim-tərbiyə prosesi ilə tanış olub, kollektivlə görüşüb. Görüş zamanı məktəbəqədər təhsil sahəsində aparılan işlər, qarşıya qoyulan hədəflər və mövcud ehtiyaclar barədə kollektivlə fikir mübadiləsi aparılıb. Daha sonra uşaqların iştirakı ilə təşkil olunan süjetli rollu oyunları izləyib.

‎Səfər çərçivəsində Günay Mahmudova Zaqatala şəhəri Zəfər Murtuzəliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 5–9-cu sinif şagirdlərinin iştirakı ilə məktəbin həyətində yerləşən söhbətgahda keçirilən “Qızıl qönçələr” əsərinin müzakirəsində də iştirak edib. Şagirdlərlə interaktiv şəkildə təşkil olunan tədbirdə bədii ədəbiyyata maraq, mütaliə vərdişləri və estetik zövqün formalaşdırılması mövzusunda fikir mübadiləsi aparılıb. İdarə müdiri bu kimi mütaliə saatlarının uşaqların asudə vaxtlarının səmərəli təşkilinə verdiyi töhfəni qeyd edib və onların davamlı keçirilməsinin vacibliyini vurğulayıb.

‎#EduAz #ŞəkiZaqatalaRTİ #Səfər

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi