veten informasiya agentliyi

İdarə müdiri 700 bal toplayan məzunla görüşüb

Tarix:18-08-2025, 10:43
Baxış Sayı:124

İdarə müdiri 700 bal toplayan məzunla görüşüb
İdarə müdiri 700 bal toplayan məzunla görüşüb
İdarə müdiri 700 bal toplayan məzunla görüşüb
İdarə müdiri 700 bal toplayan məzunla görüşüb
İdarə müdiri 700 bal toplayan məzunla görüşüb

‎Avqustun 11-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova XI sinif buraxılış və ali məktəbə qəbul imtahanlarında maksimal nəticə göstərən, Şəki rayonu Orta Zəyzid kənd Asim Kamiloğlu adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin məzunu ilə görüşüb.

‎İdarənin inzibati binasında təşkil olunmuş görüşdə İdarərə müdiri Günay Mahmudova, müdir müavini Hafız Pənahov, struktur bölmə rəhbərləri, Elm və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva, məktəbin direktoru və məzunun valideyni iştirak edib.

XI sinif buraxılış imtahanından 300 bal, ‎qəbul imtahanının IV ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verərək 400 bal toplayan, nəticədə isə maksimal — 700 bal əldə edən Abdulsəmədli Orxan Fəxri oğlu təbrik olunub. Görüşdə gənc istedadın uğuru yüksək qiymətləndirilib, onun nailiyyətində müəllimlərinin və valideynlərin fədakar əməyinin mühüm rolu vurğulanıb.

‎Sonda Orxana Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Fəxri Fərmanı və Həmkarlar İttifaqının hədiyyəsi təqdim olunub, ona gələcək təhsil həyatında yeni-yeni nailiyyətlər arzulanıb.


‎#EduAz #ŞəkiZaqatalaRTi #700Bal

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi