veten informasiya agentliyi

"Brain Ring” intellektual yarışının yerli mərhələsi keçirilib

Tarix:18-08-2025, 10:36
Baxış Sayı:99

"Brain Ring” intellektual yarışının yerli mərhələsi keçirilib
"Brain Ring” intellektual yarışının yerli mərhələsi keçirilib
"Brain Ring” intellektual yarışının yerli mərhələsi keçirilib
"Brain Ring” intellektual yarışının yerli mərhələsi keçirilib

‎Avqustun 14-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən, Agentlik və onun yerli bölmələri arasında təşkil olunan “Brain Ring” intellektual yarışının Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə yerli turuna start verilib.

Bilik yarışına əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib, ardından ərazi bütövlüyümüz uğrunda canını fəda etmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

‎Şəki şəhər R. Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzində baş tutan yarışda hər biri 6 nəfərdən ibarət olan 4 komanda mübarizə aparıb. Maraqlı və gərgin keçən oyunun sonunda “Zəfər” komandası qalib gələrək final mərhələsində Şəki-Zaqatala Regional Təhsil İdarəsini təmsil etmək hüququ qazanıb.

‎Qalib komandaya Regional Təhsil İdarəsinin diplomları, iştirakçılara isə ETİHİ Şəki şəhər komitəsinin hədiyyələri təqdim olunub.

‎Qeyd edək ki, layihənin məqsədi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və onun yerli bölmələri arasında komanda quruculuğunun möhkəmləndirilməsi, əməkdaşlar arasında ünsiyyətin və əməkdaşlıq ruhunun gücləndirilməsidir.

‎Yarışın yekun mərhələsində 13 yerli bölmənin qalib komandaları və Agentliyin komandası iştirak edəcək. Nəticələrə əsasən yalnız 3 komanda qalib seçiləcək və tutduqları yerə uyğun olaraq xüsusi mükafatlarla təltif olunacaqlar.

‎Yerli turun qalibi “Zəfər” komandasına final mərhələsində uğurlar arzu edirik!
#EduAz #ŞəkiZaqatalaRTİ #BilikYarışı

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı