veten informasiya agentliyi

Azərbaycanda təhlükəli xəstəliyə yoluxanların şok statistikası - Aralarında 18 yaşa çatmayanlar da var

Tarix:13-08-2025, 20:44
Baxış Sayı:119

Azərbaycanda təhlükəli xəstəliyə yoluxanların şok statistikası - Aralarında 18 yaşa çatmayanlar da varAzərbaycanda İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) ilk dəfə yoluxanların sayı artıb.

Bu barədə məlumat “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində dərc olunub.

Məlumata görə, 2024-cü ildə ilk dəfə İİV-ə yoluxanların sayı 2023-cü illə müqayisədə artaraq 1152-ə çatıb. 2023-də isə bu rəqəm 886 nəfər olub.

Statistik rəqəmlərdən görünür ki, ümumilikdə Azərbaycanda İİV-in törətdiyi xəstəliklə tibb müəssisələrində qeydiyyatda olanların sayında da artım var.

2024-cü ildə tibb müəssisələrinə bu xəstəliklə müraciət edənlərin sayı 11 844 nəfər təşkil edibsə, 2023-cü ildə isə bu göstərici 10 692 nəfər olub.

2024-cü ildə 18 yaşına çatmamış 3 nəfərdə İİV aşkarlanıb.

Qeyd edək ki, əvvəlki illərdə bu rəqəm 1 nəfər təşkil edib.

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi