veten informasiya agentliyi

Pensiya yaşı ilə bağlı şad xəbər

Tarix:3-08-2025, 23:11
Baxış Sayı:130

Pensiya yaşı ilə bağlı şad xəbər

Azərbaycanda daha 65 peşə və vəzifədə çalışanlar da güzəştli şərtlərlə pensiyaya çıxa biləcəklər.

Bu barədə Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyindən bildirilib.

Məlumata görə, son iki ildə güzəştli şərtlərlə erkən dövrdə yaşa görə pensiya hüququ verən peşə və vəzifələrin siyahısına yeni peşələr əlavə olunub.

Mövzu ilə bağlı danışan iqtisadçı-ekspert Ruslan Atakişiyev deyib ki, hazırda güzəştli şərtlərlə pensiya hüququ verən siyahıda 4 mindən artıq peşə və vəzifə yer alır. Bu o deməkdir ki, həmin sahələrdə çalışan şəxslər ümumi pensiya yaşından 5 il əvvəl əmək pensiyasına çıxmaq imkanı qazanırlar.

Filiz və kömür hasilatı sahələrində, neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsində, gecə vaxtı tunellərdə çalışanlar və digər kateqoriyadan olanlar daha tez pensiyaya çıxa biləcəklər.

Ekspert bildirib ki, yeni qərar ağır və zərərli əmək şəraitində çalışan minlərlə vətəndaşın sosial müdafiəsini daha da gücləndirəcək.

"İnsanların sağlamlıqlarını riskə atdıqları peşələrdə çalışdıqları nəzərə alınaraq, onların erkən pensiyaya çıxması həm hüquqi baxımdan ədalətli, həm də sosial baxımdan zəruridir",- deyə ekspert vurğulayıb.

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi