veten informasiya agentliyi

“23-dən başlayan ömür”

Tarix:24-07-2025, 10:24
Baxış Sayı:181

“23-dən başlayan ömür”


İnsan ömrünün təqvimi bəzən tarixlə o qədər iç-içə düşür ki, sanki bir insanın taleyi bir xalqın tale kitabına çevrilir. Bu ömrün başlanğıcı 1923-cü ilin 10 may gününə təsadüf edir — Naxçıvan torpağında bir uşaq dünyaya göz açır. Adını Heydər qoyurlar. Bəlkə də o gün heç kim düşünməzdi ki, bu körpənin adı bir gün milyonların dilində, tarixlərin başında, gələcək nəsillərin qəlbində yaşayacaq.

23-dən başlayır bu ömür. Amma bu, sadəcə bir rəqəm deyil. Bu, bir xalqın taleyinə yazılmış xilaskarın doğum tarixidir. Tarixin sonradan bəxş etdiyi böyük bir liderin — Heydər Əliyevin ömür salnaməsinin ilk vərəqidir.

O ömür ki, Vətənlə nəfəs alıb, Vətənlə danışıb. O ömür ki, 20-ci əsrin ən çətin, ən ziddiyyətli dönəmlərində Azərbaycan xalqının yeganə ümid yerinə çevrilib. Sovet sisteminin sərt qaydaları içində öz xalqını unutmadan, kimliyindən utanmadan yüksələn bir ömür. SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmaq, Kremlin qaranlıq divarları içində “Azərbaycan” sözünü ucadan demək — bu, yalnız Heydər Əliyevin cəsarətinə yaraşırdı.

23-dən başlayan bu ömür 1969-cu ildə yeni bir mərhələyə qədəm qoydu. Azərbaycan Kommunist Partiyasının rəhbəri kimi, o, respublikanın taleyinə sahib çıxdı. Ölkəmizdə elmin, təhsilin, sənayenin, kənd təsərrüfatının, mədəniyyətin inkişafına təkan verdi. Lakin bu ömür təkcə idarəçiliklə ölçülmür — bu ömür milli qürurun, tarixi yaddaşın, vətəndaş məsuliyyətinin simvoludur.

1990-cı ilin yanvarında xalqına qurban gedənlərin önündə dayanıb, Moskvanın özündə Sovet imperiyasını ittiham edən lider yalnız Heydər Əliyev ola bilərdi. Bu ömür Bakıya Naxçıvandan qayıdanda artıq bir xilaskarlıq missiyası daşıyırdı. Azərbaycanı vətəndaş müharibəsindən, parçalanmadan, siyasi anarxiyadan xilas edən əllər 1923-cü ilin o may günündə doğulan əllər idi.

1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıtdı. Bu dəfə onun qarşısında daha çətin bir yol vardı — müstəqil, amma zəif düşmüş, təhdidlər içində boğulan bir Azərbaycan. Heydər Əliyev bu ölkəni sabitliyə, təhlükəsizliyə, beynəlxalq nüfuza doğru çəkdi. Neft müqavilələri, Bakı-Tbilisi-Ceyhan, ordu quruculuğu, Konstitusiya — bütün bunlar onun əllərilə yoğrulmuş tarix parçalarıdır.

Bu ömür xalqına xidmətlə tamamlandı. Amma tamamlanmadı. Çünki bu ömür hələ də yaşayır — Azərbaycanın hər daşında, hər qurumunda, hər məktəbində, hər qəlbində. O ömür indi də davam edir — Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev yolunun davamı olaraq.

Bəli, 23-dən başlayan bu ömür tarix yazdı. Amma o tarix kitablarda yox, xalqın yaddaşında, ürəyində yaşayır. Bu ömür tək bir insanın deyil, bütün bir xalqın ömrünə çevrildi.


“23-dən başlayan ömür”
Ülvi Osmanlı
İsmayıllı rayon Diyallı kənd A.Məmmədov adına ümumtəhsil məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini,
Gənc Azərbaycan dili və Ədəbiyyatı Müəllimləri Birliyinin sədri

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi