veten informasiya agentliyi

Bir qrup media nümayəndəsinin İsmayıllı rayonuna media turu təşkil edilib

Tarix:23-07-2025, 10:24
Baxış Sayı:146

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bir qrup media nümayəndəsinin Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illik yubileyi münasibəti ilə İsmayıllı rayonuna media turu təşkil edilib.

Tur iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini, Şəhidlər Xiyabanını ziyarət edib, Ümummilli Liderin və şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

Media nümayəndələri rayonda görülən abadlıq-quruculuq işləri, turizm və sənaye obyektləri tanış olmaq məqsədilə rayonun Talıstan, Xanagah, İvanovka kəndlərinə səfər ediblər. Burda onlar yeni istifadəyə verilən Karamel zavodu, Maqnolia Hotel, Runaway house, Castle otellə tanış olublar.

Daha sonra media mənsubları üçün Castel Resort Spa-da RİH başçısının da iştirakı ilə yemək süfrəsi təşkil edilib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov media nümayəndələrini Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illik yubileyi münasibəti ilə təbrik edərək bu gün ölkəmizdə peşəkar mətbuata, söz və ifadə azadlığına göstərilən dövlət dəstəyindən geniş söhbət açıb.

Media nümayəndələri onlara göstərilən dövlət qayğısına və respublikanın hər yerində dəqiq, qərəzsiz və operativ informasiyanın əldə olunmasında və cəmiyyətə çatdırılmasında yaradılan işgüzar mühitə görə razılıqlarını ifadə ediblər.

Sonda Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illik yubileyi ilə əlaqədar mətbuat nümayəndələrinə media sahəsindəki fəaliyyətinə görə RİH başçısının Təşəkkürnamə və hədiyyələri təqdim olunub.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı