veten informasiya agentliyi

İsmayıllıda narkomaniya ilə bağlı tədbir keçirilib

Tarix:14-07-2025, 18:43
Baxış Sayı:88

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyətinin və “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin təşkilatçılığı, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin və İsmayıllı Rayon Polis Şöbəsinin dəstəyi ilə “Narkotik: yeni çağırış və təhlükələr!” mövzusunda tədbir keçirilib.

Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyətinin, İsmayıllı Rayon Polis Şöbəsinin, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin, aidiyyəti idarə, müəssisə və təşkilat əməkdaşları iştirak ediblər.

​Layihə rəhbəri Telman Mamedov çıxış edərək, narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törətdiyini, narkotik maddələrin qəbul edilməsi insanı fiziki və psixoloji cəhətdən məhv etdiyini qeyd edib.

İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva da narkotiklərin insan orqanizmində yaratdığı fəsadlardan danışıb. Çıxışında narkomaniya hər bir ailə üçün psixoloji təhdid olduğunu vurğulayaraq, narkotik vasitələr istifadəçiləri ölüm həddinə qədər apara bildiyini də qeyd etmişdir. Rəhbəri olduğu mərkəzin sağlam həyatın təbliğinə yönəlik tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət göstərdiyini diqqətə çatdıran L.Əliyeva narkomaniya ilə mübarizə sahəsində aparılan təbliğat-təşviqat işlərinin daha da genişləndiriliməsinin vacibliyini xatırladıb. Bildirib ki, qalib ölkənin vətəndaşları, xüsusən də gənc nəsil dövlətin həyata keçirdiyi siyasəti rəhbər tutmalıdır.

İsmayıllı Rayon İcra Hakimiyətinin məsul əməkdaşı Bəhruz Xələfov və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Rahim Orucov mövzu ilə bağlı çıxış edərək fikirlərini bölüşüblər. Çıxışlarında düşünülməmiş atılan hər bir addım insanlara heç də hər zaman xoş nəticələr vəd etmədiyini bildirmişlər. Narkotikdən istifadə edən insan da bu addımın onu uçuruma aparacağını, məhv edəcəyini düşünmür. Natiqlər bu problemlə mübarizədə hər kəsi həssas olmağa çağırıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı