veten informasiya agentliyi

2024–2025-ci tədris ilinin yekunlarına həsr olunmuş hesabat tədbirləri keçirilir

Tarix:18-07-2025, 22:25
Baxış Sayı:104

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin bir sıra təhsili yerli idarəetmə bölmələrində 2024–2025-ci tədris ilinin yekunlarına həsr edilmiş hesabat tədbirləri təşkil olunur.
16-17 iyul tarixlərində Mil-Muğan və Mərkəzi Aran Regional Təhsil İdarələrində keçirilən tədbirlərdə Agentliyin direktoru Eşqi Bağırov, Regional Təhsil İdarələrinin nümayəndələri və rayon sektorlarının əməkdaşları iştirak ediblər.
Tədbir zamanı tədrisin keyfiyyəti, inzibati idarəetmənin təşkili, pedaqoji kadr potensialı, məktəb mühitində dayanıqlılıq, vətəndaş müraciətlərinə baxılması və onlarla işin təşkili kimi əsas istiqamətlər ətrafında geniş müzakirələr aparılıb.
Bununla yanaşı, tədbirlər zamanı bölgələr üzrə fərdi yanaşmaların tətbiqinin əhəmiyyəti vurğulanıb. Tədrisin keyfiyyətinə təsir edən əsas amillər - şagird nailiyyətləri, müəllim fəaliyyətinin səmərəliliyi, məktəb rəhbərliyinin idarəetmə bacarıqları və cəmiyyətlə əməkdaşlıq kimi məsələlər qiymətləndirilib. Həmçinin məktəblərin texniki və metodiki təminatı, təhsildə rəqəmsallaşma səviyyəsi və innovativ yanaşmaların tətbiqi də müzakirə olunan əsas mövzulardan olub.
Qeyd edək ki, hər bir rayon üzrə statistik təhlil əsasında əldə olunan nəticələrlə hər bir təhsil müəssisəsinin dəstək ehtiyacları müəyyən olunur, MÜTDA və Regional İdarələr tərəfindən yeni tədris ili üçün bu ehtiyacların qarşılanması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
#MÜTDA #EduAz #MilMuğanRTİ #MərkəziAranRTİ

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi