![]()
Həyatı yaşamaq deyəndə nəyi başa düşürük - deyə, sorğulamalıdı içində hər kəs özünü...
Ən parlaq, ürəyi coşduran anların içindən keçmək, o anı doyumsuz hala gətirməkdir.
Dəyər yaradıb fayda vermək, sevib-sevildiyini ürəkdən hiss etməkdir.
Nəfəs alacaq qədər istədiyin məqsədlərçün ən yaxşısını edə bilməkdir.
Qanadlarımızın olmadığını iddia edirlər lakin, duyğularımızla uca bildiyimizi unuduruq.
Sehirli gücümüz yoxdur deyə inandırılmışıq, amma, "yaradıcı gücümüzlə" şüuraltı ve intuitiv bacarıqlarla istədiyimiz ehtimalları oyandıra biləcəyimizi xatırlamırıq
Bir-birimizə yad, özgə olduğumuz deyilib lakin, bir bütünün fərqli parçaları, bir kökdən yetişən fərqli nəsillər olduğumuzu, yaxından uzaqdan bir-birimizə doğma olduğumuzu bilmirik...
Güclü olmağı - vurmaq, qışqırmaq, fiziki güc göstərmək, özünü üstun görüb eqonu şişirtmək olduğu ilə səhv salırıq.
Təsadufi dünyaya düşdüyümüzü düşünürük, lakin ən ülvi hisslərin meyvəsi olduğumuzu və Kainatin, Tanrının himayəsində dərslərlə dolu dünyaya missiyamızı tapmaq, yaratmaq üçün gəldiyimizi heç kəs bizə demir.
O Kainat ki, oz qanunları ilə səni insan olmağın haqqını verməyə aparır, dərslərlə ağladır, güldürür. Mükafatları və cəzaları ilə oyan və anla deyir.
-Əziyyət bir illuziyadır, qorxusuz və cəsarətli olmaq isə təkraredilməz özgüvəndir.
Biz bu dünyaya özümüzün ən ali versiyasina dönüşmək, öz xoşbəxt taleyimizi yaratmaq üçün gəlirik.
--Doğulanda - hə, sən nə cür xoşbəxt olmağı bacaracaqsan? Kimə çevriləcəksən? - sualı qulağımıza astadan pıçıldanır. Bu sualı hər anımızda xatırlayıb yaşamalıyıq.
Özünə sual verib, onun cavablarını tapmağı çox sevəcəksən. Hansı ki, o cavablardan "Əsil məni" yaradacaqsan.
Gör-götür dünyasında hər kəs bir-birinin aynası, yolundakı işiq, dəstək, oyanışına səbəbkar varlıqlardır.
Həyat səhnəndə özünün ən xoşbəxt və rəngarəng obrazlarını yaradib. Baş rol ifaçısı olmağı və öz həyat ssenarini yazmağı seç.
Günay Əfsər
17.07.2025