veten informasiya agentliyi

Oğuz rayonunda "Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır" adlı maarifləndirici tədbir keçirilib

Tarix:6-07-2025, 09:23
Baxış Sayı:180

25 iyun 2025-ci il tarixdə Oğuz rayon Mədəniyyət Mərkəzində Oğuz rayon Mərkəzi Kitabxananın, Oğuz rayon Mədəniyyət Mərkəzinin, Şəki–Zaqatala Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır” adlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin, rayon hüquq mühafizə orqanlarının, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, oğuzlu şair-tədqiqatçı Yusif Rza, Oğuz rayon 1, 2 və 3 saylı tam orta məktəblərinin müəllim kollektivi, həmin məktəblərin yuxarı sinif şagirdləri, məktəb psixoloqları və fəal oxucular iştirak edib.
Tədbir Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxışlar zamanı narkomaniyanın insan sağlamlığı və cəmiyyət üçün doğurduğu təhlükələr, onunla mübarizə üsulları, psixoaktiv maddələrin fiziki və psixoloji təsirləri, narkotik vasitələrdən istifadənin yaratdığı risk amilləri və asılılığın mərhələləri geniş şəkildə izah edilib. Eyni zamanda antinarkotik təbliğatın cəmiyyətin sağlam inkişafında rolu vurğulanıb.
Tədbirdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri, mövcud normativ-hüquqi baza və bu sahədə həyata keçirilən islahatlar haqqında da ətraflı məlumat verilib.
Maarifləndirici tədbir çərçivəsində narkomaniyanın fəsadlarını əks etdirən videoçarx nümayiş olunub, iştirakçılara maarifləndirici bukletlər təqdim edilib.
Sonda mövzu ətrafında iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir