veten informasiya agentliyi

Tovuz rayonunda əməkdaşlar və könüllülərlə regional görüş keçirilib -Fotolar

Tarix:2-07-2025, 16:58
Baxış Sayı:144

Tovuz rayonunda əməkdaşlar və könüllülərlə regional görüş keçirilib -Fotolar

aia.az xəbər verir ki, 2 iyul 2025-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun iştirakı ilə Tovuz rayonunda Gəncə Regional Mərkəz və ona aid olan Gədəbəy, Qazax, Daşkəsən, Goranboy, Samux, Göygöl, Gəncə, Ağstafa, Şəmkir bölmələrinin əməkdaşları və könüllüləri ilə görüş keçirmişdir. Görüşdə təşkilatın yerli nümayəndələri və fəal könüllülər iştirak etmişdir.

İclası giriş sözü ilə açan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov tədbir iştirakçılarını salamlayaraq, Cəmiyyətin könüllü hərəkatına verdiyi yüksək dəyəri vurğulamış və bu istiqamətdə görülən işlərdən bəhs etmişdir. O, könüllülərin cəmiyyətin əsas dayaqlarından biri olduğunu qeyd etmiş, onların fədakar fəaliyyəti nəticəsində humanitar missiyaların uğurla həyata keçirildiyini diqqətə çatdırmışdır.

Daha sonra gündəlik məsələlərin müzakirəsinə başlanılmış və Cəmiyyətin ümumi fəaliyyət istiqamətləri barədə geniş məlumat verilmişdir. Çıxış zamanı xüsusilə ehtiyaclı insanlara, eləcə də fəlakət və böhranlar zamanı zərərçəkmiş əhaliyə göstərilən zəruri humanitar yardımlarla bağlı fikir mübadiləsi aparılmışdır.

Novruz Aslanov həmçinin qeyd etmişdir ki, fövqəladə hallar zamanı baş verə biləcək istənilən hadisəyə çevik və operativ cavabvermə tədbirlərinin həyata keçirilməsi Cəmiyyətin əsas prioritetlərindəndir. Bu baxımdan könüllülərin maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması istiqamətində təlim və hazırlıqların davam etdirilməsinin vacibliyi vurğulanmışdır.

Görüş qarşılıqlı dialoq şəraitində keçmiş, iştirakçılar öz suallarını vermiş və gələcək fəaliyyətlərə dair bir sıra təkliflər səsləndirmişlər. Sonda xatirə şəkil çəkilib.

Tovuz rayonunda əməkdaşlar və könüllülərlə regional görüş keçirilib -Fotolar
Tovuz rayonunda əməkdaşlar və könüllülərlə regional görüş keçirilib -Fotolar
Tovuz rayonunda əməkdaşlar və könüllülərlə regional görüş keçirilib -Fotolar
Tovuz rayonunda əməkdaşlar və könüllülərlə regional görüş keçirilib -Fotolar
Tovuz rayonunda əməkdaşlar və könüllülərlə regional görüş keçirilib -Fotolar
Tovuz rayonunda əməkdaşlar və könüllülərlə regional görüş keçirilib -Fotolar
Tovuz rayonunda əməkdaşlar və könüllülərlə regional görüş keçirilib -Fotolar
Tovuz rayonunda əməkdaşlar və könüllülərlə regional görüş keçirilib -Fotolar

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi