veten informasiya agentliyi

2 İyul – Azərbaycan Polisi Günü: Sabitliyin, təhlükəsizliyin və dövlətçiliyin keşiyində

Tarix:2-07-2025, 14:54
Baxış Sayı:180

2 İyul – Azərbaycan Polisi Günü: Sabitliyin, təhlükəsizliyin və dövlətçiliyin keşiyində


Azərbaycan Respublikasında hər il 2 iyul tarixi Polis Günü kimi qeyd olunur. Bu gün hüquq-mühafizə orqanlarında çalışan minlərlə polis əməkdaşının fədakar əməyinə verilən yüksək qiymətin və ehtiramın təcəssümüdür. Azərbaycan polisi müasir dövlətçiliyimizin mühüm sütunlarından biridir və onun fəaliyyəti dövlətin və xalqın təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rola malikdir.

2 İyul – Azərbaycan Polisi Günü: Sabitliyin, təhlükəsizliyin və dövlətçiliyin keşiyində

Azərbaycan polisinin tarixi kökləri hələ Azərbaycan Xalq Cümhuriyyəti dövrünə dayanır. Lakin onun güclü və milli əsaslara söykənən peşəkar qurum kimi formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə hüquq-mühafizə orqanlarının möhkəmlənməsini, qanunçuluğun və asayişin təmin olunmasını daim diqqət mərkəzində saxlayıb. Heydər Əliyevin "Polis – xalqın təhlükəsizliyinin təminatçısıdır" fikri bu orqanın mahiyyətini qısa və dəqiq ifadə edir.

Məhz Ulu Öndərin təşəbbüsü ilə 1998-ci ildə 2 iyul tarixi – Azərbaycan Polisinin Peşə Bayramı günü kimi rəsmiləşdirildi. Bu tarix, 1918-ci ildə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Daxili İşlər Nazirliyinin yaradıldığı gündür.

2 İyul – Azərbaycan Polisi Günü: Sabitliyin, təhlükəsizliyin və dövlətçiliyin keşiyində

Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev polis orqanlarının inkişafına xüsusi önəm verir. Cənab Prezidentin rəhbərliyi ilə polis strukturları müasirləşdirilir, maddi-texniki baza gücləndirilir, vətəndaşlara xidmət keyfiyyəti artırılır. Dövlət başçısının polis əməkdaşlarına olan etimadı onların çətin və məsuliyyətli fəaliyyətinə verilən ən yüksək qiymətdir.

Hazırda Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə daxili işlər orqanları cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparır, ictimai asayişi və dövlət təhlükəsizliyini təmin edir. Nazir Vilayət Eyvazovun prinsipiallığı, yüksək təşkilatçılıq qabiliyyəti və islahatlara verdiyi önəm nəticəsində Azərbaycan polisi beynəlxalq standartlara uyğun, vətəndaşlara xidmət edən müasir bir quruma çevrilmişdir.
Eyni zamanda, Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan Muxtar Respublikasında da daxili işlər orqanlarının fəaliyyəti nümunəvidir. Naxçıvan MR Daxili İşlər Naziri General Mayor Süleyman Neymətovun rəhbərliyi ilə muxtar respublikada sabitlik və hüquq qaydaları yüksək səviyyədə qorunur, polis-vətəndaş münasibətləri etimada əsaslanır. Bu, bütövlükdə ölkə üzrə hüquq-mühafizə sisteminin güclü və sabit olmasının göstəricisidir.

Azərbaycan polisi yalnız cinayətkarlığa qarşı mübarizədə deyil, həm də Vətən uğrunda gedən döyüşlərdə şücaət göstərərək, şəhidlər vermiş, torpaq və xalq uğrunda canından keçmişdir. Bu, polis əməkdaşlarının Vətən sevgisinin, dövlətə sədaqətinin əyani sübutudur.

2 İyul – Azərbaycan Polisi Günü: Sabitliyin, təhlükəsizliyin və dövlətçiliyin keşiyində

2 İyul – Azərbaycan Polisi Günü münasibətilə ölkənin hər yerində polis əməkdaşlarına dərin ehtiram ifadə olunur. Onların gecə-gündüz, istirahətsiz və fədakar fəaliyyətləri ölkənin sabitliyi, vətəndaşların təhlükəsizliyi və dövlətin qüdrətinin qorunması üçün mühüm əhəmiyyət daşıyır.

Bu əlamətdar gündə bütün polis əməkdaşlarını ürəkdən təbrik edirik! Onlara möhkəm cansağlığı, uğurlar, səbr və Vətənə daim sədaqət arzulayırıq. Yaşasın Azərbaycan Polisi! Yaşasın Azərbaycan!



Səfər Əlirzayev,
Xeyriyyəçi- İş adamı

İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
İraqda ən böyük qaz yatağının fəaliyyəti dayandırılıb
"Sürətlə artan urbanizasiya qlobal problemə çevrilir" - BMT
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib
"Qızıl Top"un verilməsi qaydasında mühüm dəyişiklik oldu
ABŞ Rza Zərrab barədə qərar verdi
ABŞ Rza Zərrab barədə qərar verdi
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib
İranda dəmir yolu qovşağına da zərbələr endirildi
İranda dəmir yolu qovşağına da zərbələr endirildi