veten informasiya agentliyi

XXI əsr bilik əsri, rəqabət əsri, daim dəyişən və yenilənən bir dövrdür

Tarix:30-06-2025, 10:14
Baxış Sayı:132

XXI əsr bilik əsri, rəqabət əsri, daim dəyişən və yenilənən bir dövrdür


XXI əsr bilik əsri, rəqabət əsri, daim dəyişən və yenilənən bir dövrdür. Bu dövrdə təhsilin rolu daha da güclənmiş, müəllim obrazına olan tələblər köklü şəkildə dəyişmişdir. Müasir təhsil sistemi yalnız məlumat ötürən deyil, öyrənməyə ruhlandıran, tənqidi və yaradıcı düşüncəni təşviq edən müəllimlərə ehtiyac duyur. Belə bir dövrdə müəllimin özünüqiymətləndirmə, inkişaf və peşəkarlığını təsdiqləmə vasitəsi kimi tətbiq edilən sertifikasiya imtahanı, xüsusilə gənc müəllimlər üçün əhəmiyyətli bir fürsət və mərhələ hesab olunur.
Yeni fəaliyyətə başlayan müəllim üçün bu imtahan sadəcə biliyin yoxlanılması deyil, həm də peşəkar kimliyinin formalaşması, öz potensialını kəşf etməsi və gələcək inkişaf yolunu müəyyən etməsi deməkdir. Gənc müəllim bu prosesdə həm öyrənir, həm də düşünür: "Daha yaxşı necə ola bilərəm?"
Sertifikasiya prosesi gənc müəllimlərə öz bilik və bacarıqlarını obyektiv dəyərləndirmək imkanı verir. Bu, onların hansı sahədə daha da təkmilləşməli olduğunu göstərən bir göstəricidir. Həmçinin imtahan nəticələri müəllimin peşəkar inkişafında yol göstəricisi funksiyasını daşıyır.
Eyni zamanda bu imtahan gənc müəllimlərdə məsuliyyət və motivasiyanı artırır. Nəticəyə uyğun olaraq əməkhaqqına əlavələrin olunması, müəllimin əməyinin dəyərləndirilməsi deməkdir. Bu isə gənc pedaqoqları daha çox öyrənməyə, tətbiq etməyə və inkişaf etməyə sövq edir. Sertifikasiya sadəcə biliyin yoxlanılması deyil, həm də müəllimin təlim və tərbiyə prosesinə yanaşmasının, peşəyə münasibətinin göstəricisidir.
Bu proses həm də müəllimin daim yenilənən dünyada özünü təkmilləşdirməyə ehtiyac duyduğunu xatırladır. Sertifikasiya bir növ xəbərdarlıqdır: “Öyrənmək heç vaxt bitmir”. Bu baxımdan gənc müəllimlər sertifikasiya imtahanına təkcə bir mərhələ kimi yox, həm də inkişaf və özünü kəşf etmə fürsəti kimi yanaşmalıdırlar.
Ümumiyyətlə, sertifikasiya imtahanı gənc müəllimin peşəkar həyatında dönüş nöqtəsi ola bilər. Bu, müəllimin yalnız indiki fəaliyyətini deyil, gələcək yol xəritəsini də müəyyənləşdirən ciddi bir addımdır. Ölkəmizdə müəllim nüfuzunun yüksəldilməsi, təhsilin keyfiyyətinin artırılması baxımından bu prosesin əhəmiyyəti danılmazdır. Gənc müəllimlər isə bu dəyişimin əsas daşıyıcı qüvvəsidir.


Ülvi Osmanlı
Gənc Azərbaycan Dili və Ədəbiyyatı Müəllimləri Birliyinin sədri

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı