veten informasiya agentliyi

Paşinyanın Türkiyə səfərinin hədəfləri: İrəvan Ankaradan nə istəyir?

Tarix:21-06-2025, 11:30
Baxış Sayı:149

Paşinyanın Türkiyə səfərinin hədəfləri: İrəvan Ankaradan nə istəyir?Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri regionun bəlasına çevrilən erməni iddialarının arxa plana keçməsi və normallaşma baxımından tarixi hadisə olmaqla yanaşı, rəsmi İrəvanın konkret hədəflərinə də hesablanıb: Avropa bazarına çıxış əldə etmək və dalandan xilas olmaq;

Buna nail olmağa çalışan Ermənistan hakimiyyəti hədəfə gedən yolda bir neçə nəticə əldə etməlidir:

- Türkiyə ilə münasibətlərin üçüncü tərəfin, yəni Azərbaycanın maraqları nəzərə alınmadan qurulması;
- Sərhədlərin qeyd-şərtsiz və qısa müddətdə açılması;
- Regional kommunikasiyanın açılmasında Zəngəzur dəhlizi layihəsini arxa plana keçirmək və “sülhün kəsişməsi” layihəsini qəbul etdirmək;

İrəvan-Ankara danışıqlarında Ermənistanın əsas niyyəti əvvəldən bu olub, Paşinyanın Türkiyəyə indi səfər etməsi isə istəklərini ən yüksək səviyyədə təqdim etməklə yanaşı, regional proseslərdən də qaynaqlanır.

Birincisi, Ukrayna ətrafında danışıqlar prosesinin başlanmasından sonra Rusiyanın yenidən regionda aktivləşməsi və mövqelərini ilk olaraq Ermənistanda bərpa etmək cəhdləridir və bu, Paşinyan hakimiyyətinə həm xarici siyasət kursunda, həm də daxili mövqelərində risklər vəd edir: İrəvan Ankara ilə anlaşa və sərhədlərin açılması ilə dalandan çıxa biləcəyinə ümid edir; buna nail olmaq Moskva qarşısında sərbəst siyasət aparmağa mane olan iqtisadi asılılığı da zəiflədə bilər;

İkincisi, Ermənistanın regionda əsas müttəfiqi kimi gördüyü İranın faktiki olaraq oyundankənar vəziyyətə düşməsidir: bu, İrəvanı regionda təklənmiş vəziyyətə salır və xüsusilə Rusiya qarşısında “məcburi geriçəkilmə” perspektivləri yaradır; İranın kənarda qalmasından sonra Türkiyə Ermənistan üçün regionda alternativ güc rolunu oynaya bilər, Paşinyanın səfəri ən azı belə bir imkanın olduğunu sərgiləməyə hesablanıb;

Türkiyə mövcud şərtlərdə Ermənistan üçün heç olmadığı qədər vacib oyunçuya çevrilib. Hərçənd, İrəvanın bütün cəhdlərində çıxacağı qapı eynidir: Ankara ilə münasibətləri normallaşdırmaq, sərhədlərin açılmasına nail olmaq üçün Bakı ilə sülh sazişini imzalamaq;

Paşinyanı İstanbulda qəbul edən Ərdoğanın bir gün öncə Əliyevlə görüşü də Bakı ilə “saatları yoxlamaq” və Azərbaycan olmadan Ermənistanla anlaşmanın olmayacağına əminlik yaratmaq, eləcə də Paşinyana Ankara-Bakı gündəliyini təqdim etmək məqsədi daşıyırdı. Ərdoğan-Paşinyan görüşündə Azərbaycan-Ermənistan sülh prosesinin müzakirə edilməsi də bunu deməyə əsas verir.

PAMBIQ BİTKİSİNİN HOMMOZ XƏSTƏLİYİ VƏ ONA QARŞI MÜBARİZƏ YOLLARI
PAMBIQ BİTKİSİNİN HOMMOZ XƏSTƏLİYİ VƏ ONA QARŞI MÜBARİZƏ YOLLARI
Bu ayın bütün sosial ödənişləri ödənildi
Bu ayın bütün sosial ödənişləri ödənildi
Bakılı dünya çempionu Rusiyada beynəlxalq axtarışa verildi
Bakılı dünya çempionu Rusiyada beynəlxalq axtarışa verildi
Azərbaycanda ölüm halları artıb
Azərbaycanda ölüm halları artıb
Tanınmış reper 59 yaşında VƏFAT edib
Tanınmış reper 59 yaşında VƏFAT edib
Heç vaxt üzr istəməyən bürclər
Heç vaxt üzr istəməyən bürclər
Sahibə Qafarova Azərbaycanın Baş Konsulluğunda oldu
Sahibə Qafarova Azərbaycanın Baş Konsulluğunda oldu
Azərbaycan XİN Çinə başsağlığı verdi
Azərbaycan XİN Çinə başsağlığı verdi