veten informasiya agentliyi

Qələbəmizə gedən yolun başlanğıc tarixi - 15 İyun!

Tarix:14-06-2025, 15:21
Baxış Sayı:109

Qələbəmizə gedən yolun başlanğıc tarixi - 15 İyun!


Azərbaycan kimi qədim dövlətçilik tarixinə, milli ruha malik xalqı uzun müddət tabeçilikdə saxlamağın, diktə siyasətini həyata keçirib, istismarçı sosi­al-iqtisadi sistemi qoruyub saxlamaqla milli bərabərsizliyi və zülmü təbliğ etməyin, anarxiya, qanunsuzluq, qardaş qırğınının mümkünsüzlüyünü məhz Qurtuluş Günü sübut etdi. Xalqımızın təkidli xahişlə heç kimə deyil, məhz ulu öndər Heydər Əliyevə müraciət etməsi, yalnız bu dahi şəxsiyyətə güvənməsi də Qurtuluş Gününün milli məsələ, qürur və ləyaqət məsələsi olduğundan xəbər verir. Bütün bu məfhumların simvolu isə dahi şəxsiyyət, məhz xalq qarşısında etdiyi əməllərə görə ümummilli lider adını özü qazanan Heydər Əliyevdir.

Bu günün öyrənilməsi zərurəti, birincisi, daxili, milli məsələnin hazırki reallıqla müqayisə olunması, ikincisi isə ittifaq respublikalarının müstəqillik əldə etdikdən sonra demokratik inkişaf yoluna qədəm qoymaqla, beynəlxalq münasibətlər sistemində illər ərzində tutduğu mərkəzi yer baxımından baş­lanğıcdan qət edilən yolun müqayisəli təhlili baxımından hər bir kəsin mühüm vəzifəsi və vətənpərvərlik borcudur.

İllər sübut etdi ki, İttifaq respubli­kaları içində ən çox fərqlənən dövlət Azərbaycan oldu. Tarixi hər cür saxta­laşdırmağa, onun əhəmiyyətini gözdən salmağa çalışanlar da sonradan Heydər Əliyevin dahiliyini etiraf etmək məcburiyyətində qaldılar. Məzlum xalqın nəinki sosial-iqtisadi, təbii və milli ehtiyaclarına etinasız yanaşmamaq, hakimiyyətə hərislik ucbatından deyil, ümummilli maraqları şəxsi maraqların fövqündə tutaraq, xalqın halına yan­maq bu insanın dahiliyini sübut edən ən başlıca məsələ idi. Bu baxımdan da ümummilli lider çıxışlarının birində deyirdi: “Mən Azərbaycan Respubli­kasının bu ağır dövründə bu yükü öz üzərimə götürmüşəm və götürmüşəm ona görə yox ki, bu vəzifə mənə lazımdır bəziləri kimi, bəziləri buna can atırlar, yox, götürmüşəm ona görə ki, öz bacı-qardaşlarıma, öz doğma Vətənimə, doğma vətəndaşlarıma, doğ­ma torpağıma xidmət edim”.

Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zəmanəmizin əbədiyaşar dahisinə çevrilib.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, inkişafın təməllərini qoydu.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci ilin 8 noyabrında xalqa müraciətində söylədiyi bu fikirlər indi bütün Azərbaycan xalqı üçün ən qiymətli və ən dəyərli sözlər kimi yaddaşlara həkk olunub: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün!”.

1993-cü ilin 15 iyununda başlayan Milli Qurtuluş yolu 2020-ci ilin 8 noyabrında Azərbaycana öz tarixinin ən böyük zəfərini yazmaq imkanı yaratdı. Məhz bu mənada əminliklə demək olar ki, Azərbaycan xalqı 8 noyabra gedən yolda ilk addımları məhz 1993-cü ilin 15 iyununda atmışdı. Azərbaycan xalqının qurtuluşdan zəfərə gedən yolu, həm də Azərbaycan xalqının zəfər tarixidir.


Səfər Əlirzayev,
Xeyriyyəçi- İş adamı

Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Ağsuda silsilə oğurluq edən şəxs HƏBS olunub
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Leysan yağışlardan sonra meyvə qıtlığı yarana bilər
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Türklərə güzəşt - Viza rüsumu ləğv edildi
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Qurban bayramı günlərində 134 ünvanda satış və kəsim xidmətləri göstərilir -AQTA
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Leusinin daha bir mühüm faydası KƏŞF olundu
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Zirədə 122 saylı məktəb niyə bağlandı? – Rəsmi AÇIQLAMA
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycanda aktrisa vəfat etdi
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı