veten informasiya agentliyi

İsrail-İran gərginliyinə görə Həcc ziyarətindən qayıdan zəvvarlarımız çətin vəziyyətə düşdülər

Tarix:13-06-2025, 21:56
Baxış Sayı:156

İsrail-İran gərginliyinə görə Həcc ziyarətindən qayıdan zəvvarlarımız çətin vəziyyətə düşdülərİsrail-İran gərginliyi Həcc ziyarətindən qayıdan zəvvarların uçuş planlarına təsir edib.

Həcc ziyarətindən qayıdan azərbaycanlı zəvvarlar təyyarə reyslərinin gecikməsi və istiqamətlərinin dəyişməsi ilə bağlı çətinliklə üzləşiblər.

Məlumata görə, "Flynas" aviaşirkətinin Ciddə-Bakı reysi yerli vaxtla səhər saat 05:15-də baş tutmalı olsa da, uçuş ləğv edilib və sərnişinlər təxminən 14 saat gözləməli olublar. Uçuş yalnız axşam saatlarında - yerli vaxtla 19:00-da (Bakı vaxtı ilə 20:00) həyata keçirilib.

Uçuş marşrutu da dəyişdirilib. İranın hava məkanının bağlanması səbəbindən təyyarə əvvəlcədən planlaşdırılmış birbaşa marşrutdan fərqli olaraq Misirə yönləndirilib, oradan Aralıq dənizi üzərindən Türkiyəyə, daha sonra isə Gürcüstan üzərindən Bakıya uçacaq. Gecikmiş reysin gecəyarısından sonra Bakıya enməsi planlaşdırılır.

Qeyd edək ki, bu dəyişikliklər İsrailin İrana qarşı hərbi əməliyyatları ilə bağlı regionda yaranmış təhlükəsizlik riski fonunda baş verib. İranın hava məkanını bağlaması bölgədəki digər uçuşlara da təsir göstərib.

Azərbaycan dondurma istehsalı artıb
Azərbaycan dondurma istehsalı artıb
Baş nazir vacib qərar imzaladı
Baş nazir vacib qərar imzaladı
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Bu köhnə mənzilin qiymətinə Bakıda 6-7 ev almaq olar
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Xalq artisti Ofelya Sənani reanimasiyadan palataya köçürüləcək
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Bakı və Abşeronda 3 nəfər xilas edilib, 1 meyit aşkarlanıb
Sabahın havası açıqlandı
Sabahın havası açıqlandı
Bakıda NATO-nun təlim kursu keçirilir
Bakıda NATO-nun təlim kursu keçirilir